“Avraz” şəbəkəsi ilə əlaqədar yaxın gələcəkdə qarşıma qoyduğum məqsədləri dəqiqləşdirməyə çalışım.
Birincisi, Avropada yerləşən “avrazların sıx yaşadığı yerlər”, bir sözlə “Avraz Mərkəzlərinin” bir hissəsini ziyarət etmək vəya orada fəaliyyət göstərən təşkilatlarla əlaqə saxlamaq. (e.g.: London, Hamburq, Köln, Strasburq, Benilüks bizdiydi :), Çexiya(Brno, Praqa), Moskva, Türkiyə və etc.).
Hər şeydən öncə, Avropa azərbaycanlıları Avrazlıqlarını qəbul etməlidirlər :)
Ümumilikdə bütün bu təşkilat və fərdlər ideyanın mahiyyətini və bu ideyanın yayılmasının vacibliyini və faydasını dərk etməlidirlər. Avraz.net bütün Avropadakı azərbaycanlıları birləşdirəcək sayt olmalıdı. Və iş elə aparılmalıdır ki, hər kəs bu işə öz töhfəsini vermək üçün maraqlı olmalıdırlar.
Saytın hər bir bölməsi Avrazların tələblərinə cavab verməlidir. Buna görə də, hər şey interaktiv şəkildə, istifadəçi və üzvlərin fikrini öyrənərək etmək lazımdır.
Avraz.NETwork isə təşkilat olmayan, qeyri rəsmi bir şəbəkəyə çevrilməlidir. Avraz şəbəkəsi çərçivəsində bir çox sinxron liyahələr və qeyri rəsmi görüşlər təşkil etmək olar, gələcəkdə daha qlobal işlər görülə bilər, ancaq o fikirlərlə bölüşməyə hələ tezdir. Hər şeyin öz vaxtı var :)
Tags: Avraz.NETwork, Avrazlar, Gələcək, Networking, Planlar, www.avraz.net
Posted in Avraz.NETwork |