Dəftəri-Pünhan

Şairanə fikirlər.

Browsing Posts tagged Təşkilat

Sponsorinq planının təşkilat müstəqilliyi üçün xeyiri

İstənilən təşkilatın, xüsusən də gənclər təşkilatının, maddi asılılıq riski ilə qarşılaşmasına ehtimal çoxdur.

Bu səbəbdən, təşkilat ya maddiyyat tələblərinə üzvləri tərəfindən cavab verməlidir, ya da sponsorinq-partnership proqramlarını tədbiq etməlidir.

Sponsorinq – təşkilatın nəinki istənilən qurumdan maddi asılılığını, həmçinin həmin qurumun təşkilat fəaliyyətinə müdaxiləsinə imkan vermir.

Əgər təşkilat büdcəsinin bir və ya iki əsas mənbəsi varsa, yaxud büdcənin əksər hissəsi bir mənbədən gəlirsə, bu – istər obyektiv, istərsə də subyektiv olaraq – təşkilatın azadlığına xələl gətirir.

Təşkilat, effektiv işləmək üçün, hədəf qrup(lar)la sıx işləməli və onların inamını qazanmalıdır. Məlumdur ki, təşkilatın nəinki daxilində, həm də xaricində hörmət qazanması zəruridir. Bu səbəbdən, İdarə Heyəti üzvlər tərəfindən seçildiyi üçün(general assembly), heçbir qərarının şübhə altına alınmasına icazə verməli deyil. Bu əsas qərarların motivasiyası və publicity prinsipinin tətbiqi ilə əldə edilə bilər. Beləliklə, təşkilat bütün qərarlarını müstəqil şəkildə almalı və heçkəsin buna şübhə etməsinə əsas və imkan verməli deyil. Beləliklə, əgər hamı təşkilatın tam azad, müstəqil olduğunu bilsə və buna inansa, təşkilat hədəf qrup(lar)la inam və etibar əlaqələrini qura bilər. Əks halda, bu mümkün deyil.

Sponsorların hamısından eyni miqdarda köməyin istənilməsi onlardan heçbirinin təşkilat üzərində təsir və təzyiq vasitəsinin olmamasını təmin edir.

Əgər təşkilatın 5 sponsoru varsa, və hər biri illik X avro miqdarında kömək edirsə, təşkilat onların heç birindən asılı olmayacaq və onların heç birinin təşkilatın fəaliyyətinə müdaxilə etməyə haqqı olmayacaq.

Artıq yeni zaman başlayıb. Artıq dəyişmək, dəyişdirmək zamanıdır. Azərbaycandan dövlət proqramı və öz hesabına Benilüks, və xüsusən də Niderland krallığına, təhsil almağa gələn tələbələrin sayını və onların fəaliyyət motivasiyalarını nəzərə alsaq, artıq onların təşkilatlanmağa hazır olduqları görünür. Digər tərəfdən, Benilüksda azərbaycanlı gənclər təşkilatının olmaması da olduqca üzücü haldır. Gənclər Koordinasiya Şurası, istərsə də Veten.be adı altında birləşən gənclər təcrübə çatışmamazlığı və maddi çətinliklər üzündən fəaliyyətlərini artıq ancaq çox kiçik miqyasda davam etdirə bilirlər. Ötən illərin təcrübəsini, çətinlikləri və indiki mühiti nəzərə alaraq, yeni təşkilatın yaranmasına ehtiyyac var.

Apolitik, maddi cəhətdən güclü və eyni zamanda müstəqil. Daha böyük potensial və daha böyük imkanlara malik olan bir təşkilat.

Şəbəkələşmə, əyləncə, akademik və “soft lobbying” istiqamətlərini özünə əsas tutan bu qurum artıq diaspora təşkilatı deyil, daha açıq, ətrafdakı reallıqlara daha münasib olacaq. Gənclərin və tələbələrin təcrübə mübadiləsinə imkan yaratmaq, yeni tələbələrin ilk addımlarında onlara kömək edə bilmək təşkilatın əsas məqsədlərindən sayıla bilər.

Diaspora təşkilatlarından fərqli olaraq, AYSAB qeyri-azərbaycanlı təşkilatlarla və Avropada fəaliyyət göstərən digər gənclər təşkilatları ilə əlaqə yaratmağı öz fəaliyyətinin ayrılmaz qolu kimi qəbul etməlidir.

Powered by WordPress Web Design by SRS Solutions © 2012 Dəftəri-Pünhan Design by SRS Solutions