Dəftəri-Pünhan

Şairanə fikirlər.

Browsing Posts tagged Qatar yazısı

Tənhalıq

No comments

Tənhalığa qovuşmuşam bu gecə,
Deməli, o qədər tənha deyiləm.
Yaxşı həmsöhbətdir, özü də necə,
Onunla o qədər tənha deyiləm.
Bir azca susarıq fikirə dalıb,
Bir az həzz alarıq mənzərələrdən.
Susarıq bağlardan, məqbərələrdən,
Susaram ki könlüm harada qalıb.
Onunla bərabər ora gedərik.
Oturub biryerdə, söhbət edərik.
Birgə günləri də salarıq yada,
Bundan başqa bir yer, başqa bir devr.
Tənhalıqdan bədbəxt yoxdur dünyada,
Axı tənhalığı az adam sevir.

27.06.10

R`dam-Brüssel qatarında

Məni dindirməyə çalışma,
Məni güldürməyə çalışma,
Danış, gül.

***

Məni görmək üçün, mənə baxma,
Məni eşitmək üçün, qulaq asma,
Bil ki, burdayam.

***

Məni öldürməkçün xəncər bəs deyil,
Bağrımı dəlməkçün pəncə bəs deyil,
Göz yaşın kifayətdir.

***

Nə deyirəmsə, yalandır, eşitmə.
Nə edirəmsə, səhfdir, görmə.
Demədiyimi, etmədiyimi anla.

***

İzn ver səni səmalara qaldırım,
İzn ver səni cəhənnəmə endirim,
Fəqət getmə, qaytarmayacam.

***

Qılıncımı sındırma, qalxanımı dəlmə.
Sinəmi deşməkçün nizəylə gəlmə.
Qılıncımın üstündə öl, səni dirildim.

02/07/09
22:07

Ulduzların nəğməsini eşidərək gedəcəyəm yuxuya mən,
Səni bərk-bərk düşünərək gedəcəyəm yuxuya mən.
Xəstə könlüm arzulayır səni yuxuda görməyi,
Əsən ələr arzulyır ipək saçını hörməyi.
Qəlbimi viran edəcək tufanlar,
Könlümdə qopacaq qanlı üsyanlar!
Damarlarda soyuq leysan axacaq,
Gözlərimdə yaşıl şimşək çaxacaq!

Fikrimdə bircə mövzu qalacaq,
Batacam badələrin mən neçəsində.
Təəssüf ki arzum arzu qalacaq,
Bu isti yay gecəsində.

02/07/09
21:52

Powered by WordPress Web Design by SRS Solutions © 2012 Dəftəri-Pünhan Design by SRS Solutions