Qar – ən gözəl təbiət hadisəsidir. Gecə, səmanın ay işığına bürünən vaxtı, göydən ağ, soyuq və narın ulduzlar yağaraq ətrafı gəlin libasına geyindirir. Yeri hələ ayaq izləri ilə korlanmamış hamar qar örtüyü qoruyur. Bu mükəmməl gözəlliyə yorulmadan tamaşa etmək olar.
Səhər isə, hər yer yenə də palçıq, çirk və insan hərəkətinin izləri ilə şikəst olunmuş hala gəlir.