Dəftəri-Pünhan

Şairanə fikirlər.

Browsing Posts tagged Networking

Kimin Facebook, Odnoklassniki və bu kimi digər sosial şəbəkə saytlarında qeydiyyatı yoxdur? Çoxumuz bu cür “şəbəkələşirik”.

Bu həvəsə düşüb, çoxları oxşar layihələr yaradırlar. Biz də istisna olmadıq. Avraz.NET ilk olaraq elə Social NETwork kimi fəaliyyətə başlamışdı. Sözsüz ki, bu cür layihələrin “nəhənglərə” dözməsi üçün bir sıra şərtlərə cavab vermək lazımdır.

Ona görə də, görək AvrAz.NETwork sosial şəbəkəsinin yaşaması üçün nə lazımdır?

1. Dəqiq “target group”.
Bu o deməkdir ki, cəmiyyətdə ilkin hədəfimizi müəyyənləşdirməliyik. Artıq aydındır ki, bu hələlik Avropada yaşayan azərbaycanlılardır.

2. Tələblərin müəyyənləşdirilməsi.
Hədəf müəyyənləşdikdən sonra, işin gedişini ilk zamanlarda həmin ictimai qrupun tələbləri üzərində qurulmalıdır. Bu da o qədər də asan iş deyil.

  • Tapşırıq №1 – Target Group ilə Feedback yaradaraq tələbləri və arzuları müəyyənləşdirmək.

3. Hədəf qrupla bağlı məqsədlərin müəyyənləşdirilməsi
Daha sadə desək, seçilmiş qrupa nəyi çatdırmaq istədiyinizi, onları hansı məlumatla təmin edərək, hansı yöndə dəyişəcəyinizi dəqiq bilməlisiniz. Şəbəkəyə qoşularkən, dəyərlər də get-gedə ona uyğun dəyişir. Bu yaxşı olduğu kimi, çoxlu ziyan da verə bilər.

  • Tapşırıq №2 – Avraz ideallarının və dəyərlərinin müəyyənləşdirilməsi.

4. Şərti personaj(lar)
İstənilən ictimai iş, insanlar üçün olunur və insanları müəyyən işə cəlb etmək üçün onlara ya ideyaları qəbul etdirmək, ya da misal və örnəklərlə izah etmək lazımdır. Sözsüz ki, ikinci variant daha asandır. Bunun üçün ən asan yol, özün üçün şərti personaj(lar)ın yaradılmasıdır.
Ancaq biz daha uzağa gedəcəyik. Biz bu personajları tək özümüz üçün deyil, həm də ictimayət üçün hazırlayacayıq. Avrazları, digər …az`lardan fərqli olaraq, daha fərqlidirlər və bir-biri ilə çox az oxşarlıqları var.  Bu səbəbdəndir ki, personajların da sayı çox olacaq.

  • Tapşırıq №3 – Ən azından 3 şərti personaj düşünüb, onları real həyatın problemləri, baş verənlərə öz reaksiyaları, maraqları və hətta aylıq gəlirlərinə qədər, hər şeyi nəzərə almaq.

5. Təkliflərin reallaşması üçün imkanlar
Öncəki addımlar bizə ancaq bir şeyi müəyyənləşdirməyə imkan verdi – ictimayətin tələblərini. Bunları bildikdə, bu tələblərə cavab vermək imkanları və onların nəqədər böyük olmasını müəyyənləşdirmək qalır.

Bugünlük bu qədər. :) Gələn dəfə SMO ilə məşqul olacağıq.

“Avraz” şəbəkəsi ilə əlaqədar yaxın gələcəkdə qarşıma qoyduğum məqsədləri dəqiqləşdirməyə çalışım.

Birincisi, Avropada yerləşən “avrazların sıx yaşadığı yerlər”, bir sözlə “Avraz Mərkəzlərinin” bir hissəsini  ziyarət etmək vəya orada fəaliyyət göstərən təşkilatlarla əlaqə saxlamaq. (e.g.: London, Hamburq, Köln, Strasburq, Benilüks bizdiydi :), Çexiya(Brno, Praqa), Moskva, Türkiyə və etc.).

Hər şeydən öncə, Avropa azərbaycanlıları Avrazlıqlarını qəbul etməlidirlər :)

Ümumilikdə bütün bu təşkilat və fərdlər ideyanın mahiyyətini və bu ideyanın yayılmasının vacibliyini və faydasını dərk etməlidirlər. Avraz.net bütün Avropadakı azərbaycanlıları birləşdirəcək sayt olmalıdı. Və iş elə aparılmalıdır ki, hər kəs bu işə öz töhfəsini vermək üçün maraqlı olmalıdırlar.

Saytın hər bir bölməsi Avrazların tələblərinə cavab verməlidir. Buna görə də, hər şey interaktiv şəkildə, istifadəçi və üzvlərin fikrini öyrənərək etmək lazımdır.

Avraz.NETwork isə təşkilat olmayan, qeyri rəsmi bir şəbəkəyə çevrilməlidir. Avraz şəbəkəsi çərçivəsində bir çox sinxron liyahələr və qeyri rəsmi görüşlər təşkil etmək olar, gələcəkdə daha qlobal işlər görülə bilər, ancaq o fikirlərlə bölüşməyə hələ tezdir. Hər şeyin öz vaxtı var :)

Powered by WordPress Web Design by SRS Solutions © 2012 Dəftəri-Pünhan Design by SRS Solutions