Posts Tagged ‘Mey’

269

Author: Musa Punhan

Mey süzülsün cəmlərə! Bu gecə məst olacam!
Bəlkə sərməst ikən cəfadan sərbəst olacam.
Görəcəm yar simasın dibində badələrin,
Olacam mən bu gecə padşahı gadələrin.

Saqiya! Şərab gətir, əlac budur qürbətdə,
Meyxanədə batacam, öləcəm xərabətdə.
Yazacam qata-qata mürəkkəbə əşki mən,
Nədəndir ki burdayam? Olmayaydım keşki mən!

1:00
07.04.09
Verviers.

Nədənsə çox şəxsi sandığım cızma-qaralarımdan ikisi. Xahişləri yerə salmaq düzgün deyil.

Eylə bimarəm ki, dəhrdə bir dərmanım yox,
Qəmə bürünmüş aləmdə səhhətə gümanım yox.

Təbiblər çox çalışmış əlac qıla dərdimə,
Qəti, bu işdə müşkülüm çox, asanım yox.

Bəlai-cahandan mən olmuşam bimar bu gecə,
Olubdur halım pərişan, gözüm ağlar bu gecə.

Tutsam da qəmim xilqərdən gər nihan daim,
Ahü-əfğan edəcəm, çün səbəbim var bu gecə.

Hər zaman sağərü-səhba qəmə qəmxar olubdur,
Qalıb nə cəmdə mey, nə  də bir qəmxar bu gecə.

Loğman belə aciz qalar mərizim önündə,
Olmuşam bir əlacsız dərdə giriftar bu gecə.

Pünhan, deyirlər zər qədrini zərgar bilər,
Maləsəf, tapılmaz bunca zərə bir giriftar bu gecə.

08.08