Dec
8
2008
Qayda 9 – Ramiz baba və dayısı
Author: Musa PunhanTələbə illərində, Ramiz Baba dayısının yanına getmişdi. Onlar arasında o vaxtlar üçün qəribə bir söhbət baş tutub.
- Dayı, hər zaman Allah deyirsiniz. Yaxşı, bəs Allah nədir?
- Oğul, yer kürəsi öz oxu ətrafında fırlanır. Niyə belə olur?
Ramiz Baba bu fenomeni izah edən astronomiya qaydalarını yadına salır.
- Yaxşı, bəs Yer kürəsi günəş ətrafında fırlanır. O necə olur?
Ramiz Baba bunu da izah edir.
- Yaxşı, bəs bütün Günəş sistemi eyni zamanda hərəkət edir. Bunu hansı qanun ilə izah edə bilərsən?
Ramiz Baba burada da Keppler adında bir alimə istinad edərək prosesi izah etdi. Ona gülümsəyərək baxan Dayısı, belə cavab verdi.
- Bax bütün bu qanunları işlədən qüvvəyə biz Allah deyirik.
Həqiqi mübariz dünyada həmin bu Qüvvənin mövcud olduğunu heçvaxt unutmur