Posts Tagged ‘Forum’

Avrazların sıx yaşadığı yerləri və Avraz təşkilatlarını veb səhifəsi ilə təmin etmək üçün belə bir tədbir görmək olar.
Biz istəyən Avrazlara və təşkilat/qurumlara bizdə olan hosting yerini veririk və saytın yaradılmasına köməklik edirik. Ancaq domain adı alınır. Bunun əvəzində, həmin saytlarda “forum” linki Avraz.NET/Forum`a, onlar üçün yaradılmış bölməyə aparır.

Beləliklə, Avraz.Net Forumu bitirmək üzrəyəm. Son bir həftəlik əməyimin nəticəsi. :)

Artıq son bir-neçə məqamdan sonra, forum açılışa hazır olacaq. Ancaq bu açılış hələ tez baş verməyəcək. Forumun açılışı üçün ən azından bir-neçə “avraz mərkəzi” ilə razılığımız olmalıdır. London və Benilüks gəncləri, mən belə düşünürəm, hazırdırlar. Düzdü London forumunun texniki adminindən səs gəlmir :)

Hələlik ən real mərkəzlər Hamburq, Köln və Strasburqdur. Brno(Çexiya) ilə əlaqə qura bilmədim.

Səbrimiz deyəsən doğurdan da tükənməzdir

Avraz.NETwork Forum

Author: Musa Punhan

Maraqlıdır, Avraz.NETwork`a forum lazımdır? Hə, üzərində işləyirəm, ancaq zəruriyyət və tələbat varmı?