Dəftəri-Pünhan » Dərviş

Saliq və qoca dərviş
Saliq üzüqırışlı qocaya diqqətlə baxdı. Gözləri uçurum kimi dərin, dərya kimi mavi idi. Yaşı üçün çox diqqətli baxışı malik olduğu böyük qüvvəyə yeganə işarə idi.

Uzun fasilədən sonra, qoca dedi:

« Sənin doğumundan uzun illər öncə, bu məkana səyyah dərviş gəlmişdi. O şəhəri dolaşaraq “Bu şəhərdə 1000 qızıla 3 müdrük kəlam almaq istəyən varmı?” deyə çağırırdı. Bütün mülkü 1000 qızıldan ibarət olan bir tacir dərvişi çağıraraq pulları onun qarşısına düzür.

- Burda düz 1000 qızıl var. Bu mənim bütün dövlətimdir. 3 kəlamı eşitməyə hazıram.

Nurani simalı dərviş gülümsəyərək 3 kəlamı deyir:

- Birincisi budur: “Dahilik – ədaləti bərqərar etməkdir, onu xahiş etmək deyil.” “Əgər deyəcəyin söz sükutdan gözəl deyilsə, onu demə” ikinci kəlamdır. Və sonuncusu “Zəiflər içində, ən güclü zəifliyini unutmayandır”.

Bunu eşidən ev yiyəsi heyrətlənir. Hər zaman həqiqət axtarışında olan tacir, onu məqsədinə bir az da yaxınlaşdıran dərvişə qızılları göstərərək deyir:

- Mənimlə bölüşdüyün hikmət min qızıldan daha dəyərlidir, fəqət bundan başqa təklif edə biləcəyim heçnə yoxdur. Pulları götür, onlar sənindir.

Dərviş bir daha şübhəli təbəssümünü nümayiş etdirərək, mükafatını tacirə tərəf itələyir.

- Mən deyirdim ki, min qızıla 3 kəlam almağa hazır insanı tapmaq istəyirəm, qızılı deyil. Mənim pula ehtiyyacım yoxdur. Qızıl sənindir. Sözlərimi yaxşı yadında saxla. Tamamilə anladıqdan sonra, məni tap.

Deyilənə görə, tacir bir-neçə il bu görüş olmamışdır kimi həyatını davam edir. Günlərin bir günü isə, qapısını qıfıllayıb yoxa çıxır.  Bəzi insanlar düşünür ki, tacir bir zamanlar qonağı olan qocanı tapıb onun şagirdi olub. İllər sonra isə, həqiqətə və qüvvəyə yiyələnərək, öz bilikləri ilə insanlarla bölüşmək üçün özü də səyyahlığa başlayıb. »

Saliq qocanın əsrarəngiz mavi gözlərinə baxaraq, orada gizlənən qüvvə və biliyin genişliyini təsəvvür etməyə çalışdı. Qarşıda onu hələ çox cavabsız suallar gözləyir.