Ana-Beyit qəbiristanlığının öz tarixi vardı. Əvvəl-başdan rəvayət onunla başlanırdı ki, bu yerləri zəbt eləyən juanjuanlar əsir tutduqları düşmən əsgərləri ilə çox amansız rəftar eləyirmişlər. Imkanları olanda əsiri qonşu ölkələrə qul satarmışlar, bu da əsir üçün xoşbəxtlik hesab olunurmuş, çünki ümid yeri qalırdı, kim bilir, bəlkə elə bir imkanı oldu ki, qaçıb vətənə qayıtdı…
continue reading…