Şairanə fikirlər. » Azərbaycan

III World War
Bir ay bundan əvvəl, Avropa 1-ci dünya müharibəsinin sonunun 90-cı ildönümünü qeyd etdi. Təklif edirəm ki, bu müharibənin tarixinə bir nəzər salaq, sonra isə indi dünyada baş verən proseslərlə əlaqə axtaraq.

Birinci Dünya Müharibəsi ilk olaraq ittifaq müharibəsi olmuşdur. Avropanın mərkəzində yerləşən Almaniya və Avstro-Macar imperiyasının və İtaliyanın “Üçlük” birliyinə cavab olaraq, Fransa İngiltərə və Russiya ilə ittifaqa girir. Beləliklə, “Antanta” qurulur. İngiltərə və Fransanın məhs Russiya ilə birləşməsi ilk növbədə stratejik məqsəd daşıyırdı. Antantanın yaranması “Üçlüyü” coğrafi olaraq mühasirəyə alır, ki bu da müharibənin başlamasına təkan verən qüvvələrdən biri olur.

Bugün dünyada baş verənlərə nəzər salsaq, müəyyən analogiyaya rast gələrik. Əvvəlcə Amerikanın Şərqi Avropa və Qafqazda müttəfiq axtarması və hərbi bazalarının yerləşdirilməsi, orta və şərqi Asiya ilə danışıqlara getməsi təsadüfi deyil. Bütün bunlar, sözsüz ki, Rusiyaya yaxınlaşmaq məqsədini daşıyır. Eyni zamanda, Rusiya da boş durmur. Son aylar ərzində, xüsusən də Gürcüstan-Cənubi Osetiya münaqişəsindən sonra, Rusiyanın cənubi Amerika ilə iqtisadi və hərbi əlaqələri güclənmişdir. Təəcüblü deyil ki, bu ən çox Anti-Amerika siyasəti yürüdən ölkələrə aiddir. Rusiya hərbi təyyarə və gəmilərinin Venesuelaya getməsi və orada hərbi təlimlər keçməsi bunu bir daha sübut edir. Venesueladan başqa, Kuba və Braziliya ilə də sıx əlaqələr qurulur.

Bütün bu proseslər 1904-07 illərin Avropasını yada salır. 3-cü dünya müharibəsi yaxınlaşır?

Avropa demişkən, bəs “köhnə dünya” bu hadisələrdə hansı rolu oynayacaq? Avropa yenə də parçalanma qarşısında dura bilər. ABŞ silahlı qüvvələrinin İraqa girməsini yada salın. İngiltərə və İtaliya bir tərəfdən, Fransa və Almaniya digər tərəfdən, müvafiq sırada, ABŞ-ı dəstəkləyir vəya bu əməliyyata qarşı çıxır. Ancaq son 7 il ərzində Avropa İttifaqına daha 12 ölkə daxil olub. Bununla, fikir ayrıntıları daha da çoxalacaq. Bu səbəbdən, yaxın illərdə Avropa İttifaqının əsas məqsədi vahid fikir və yanaşmanın formalaşması üçün işləməsi gələckdə 27-liyi bir çox problemlərdən xilas edə bilər.

Avropa, ikinci dünya müharibəsindən sonra, bir çox hüquq institutlarına ev yiyəliyi edir. Bu faktor qitənin hüquqi tənzimləməçi vəya hərbi əməliyyatlarda yalnız sülhməramlı qüvvə kimi iştirakına da imkan verə bilər.

Ancaq Avropanın coğrafi vəziyyəti də vacibdir. “İki daşın arasında” qalmış Avropa döyüş meydanına da dönə bilər.

İndi isə vətənimiz Azərbaycan haqda. Hal hazırda Azərbaycan tənzimlənmiş siyasət yürüdür. Ancaq bu da təhlükəli ola bilər. Dondurulmuş münaqişə vəziyyətində olan ölkəmiz nə Rusiya ilə hərbi müqaviləsi, nə də NATO-ya girmək istəyi var. Buna qarşı, qonşularımızın hər ikisi öz siyasi istiqamətini artıq müəyyənləşdirib. Ermənistan “Kollektiv Təhlükəsizlik Müqaviləsi” təşkilatındadır, Gürcüstan isə, Ukrayna ilə, NATO-ya daxil olmağa can atırlar.

Bu arada, Azərbaycan və Türkiyə birgə olaraq artıq konkret addımlar atmağa başlayırlar, ancaq bu haqda başqa bir yazıda.

Xalqın namizədi? :)
Şiraslan dayı. Qurbanov. 69 yaşı var. Kepkası başında, əlinə söykənib uzağa baxır. Əslində rusların bir sözü yadıma düşür “все было бы очень забавно, если бы не было так печально”. Doğurdan da “i smex i qirex” deyillər buna ©.

Gənclərin ideya çox xoşuna gəlib ən azından. Facebook-da Şiraslan dayı üçün xüsusi səhifə açılıb. Seçke-qabağı kompaniya haqda müzakirələr gedir. Teoriyanı başa düşmək üçün gözəl modeldir.

Nəisə, deyirəm Allah özü kömək olsun.

Üzeyir Hacıbəyov – Biz və yevropalılarin tefavutu
Yevropalılar ağappaq və tərtəmiz bir libas kimidirlər. Biz də kirdən rəngi məlum olmayan mündəris bir paltar kimiyik. Odur ki, haman ağ və tərtəmiz paltarın üstə bir balaca ləkə düşəndə, o saat məlum eləyir, amma kirli paltarın üstünə min o qədər ləkə düşsün, məlum eləməz. O səbəbədəndir ki, məsələn,

Yevropalılar ağappaq və tərtəmiz bir libas kimidirlər. Biz də kirdən rəngi məlum olmayan mündəris bir paltar kimiyik. Odur ki, haman ağ və tərtəmiz paltarın üstə bir balaca ləkə düşəndə, o saat məlum eləyir, amma kirli paltarın üstünə min o qədər ləkə düşsün, məlum eləməz. O səbəbədəndir ki, məsələn, Firəngistanda birisi ildə, ayda bazarda bir güllə atanda qəzetlər bir həftə o barədə danışırlar, camaat böyük həyəcana düşür … halbuki bizim yerdə gündə beş-altı adam öldürülür, heç kəsin qulağına girmir…. Ağappaq qar kimi təmiz bir pencəyin üstünə bir damcı mürəkkəb düşərsə, yarım verstdən məlum eylər, amma bizim bədənimizdəki çirkin paltarın üstünə bir girvənkə mazut tök, bir addımdan məlum eləməz.

İkinci təfavüt. Bu halda, yəni bu iyirminci əsrdə yevropalılar səy edirlər ki, quş kimi havada uça bilsinlər. Amma biz bədbəxtlər hələ indi çalışırıq ki, adam kimi dünyada yaşaya bilək…. Şeir:

Onlar əvvəl adam imişlər ki,

indi də quş olmaq istəyirlər,

Bəs biz əvvəl nə imişik ki,

indi adam olmaq istəyirik?

İndi keçək başqa məsələlərə.Təkəbbür və lovğa adamdan hamının zəhləsi gedir, amma hamı da o cürə adamlardan çəkinir və həmişə onlara yol verməyə məcbur olur. Hər halda, bu məsəl ki–ağac bar gətirdikcə başını aşağı tutar–hamının xoşuna gəlir. Amma burasını unutmaq olmaz ki, barı çox olan ağacın başını o qədər də aşağı tutması ağacın özü üçün zərərdir, çünki sınar. O səbəbdəndir ki, ağacın qədr və qiymətini bilən bağbanlar o cürə ağaclara bir dayaq qayırırlar ki, bu “başıaşağılıqadan ona bir zərər və sədəmə yetişməsin. Halbuki bizdə tək-tək tapılan barlı “ağaclar” bar verib başıaşağı olduqları halda, onun barından mənfəət aparanlar daha da başından basırlar ki, binəva puç olsun!

Boşboğazlar

Bir az da öz işimizdən, daha doğrusu, öz içimizdən danışaq…. Adam qəzeti əlinə alıb açanda, müharibədən başqa bir şey görmür. Hərçənd bu halda, lap qızıq bir şey varsa, o da yenə elə müharibə xəbərləridir, amma yenə də öz işimizi və öz içimizi yaddan çıxartmayaq. Götürək, məsələn, bizim boşboğazlarımızı və buradan bir haşiyə çıxaq. Bu halda Avropa adamlarının hansı biri ilə danışıq eləsən və hansı məsələyə əl vursan, baxib görərsən ki, bu adamın hər bir məsələdə bir müəyyən nəzəri vardır. Amma bizlərdə belə deyil.

Məsələn, Kərbəlayı əliquluya deyirsən ki, Kərbəlayı əliqulu, qatıq ağdır, Kərbəlayı əliqulu deyir ki, doğrudur, ağdır. Bir də görürsən ki, boşboğazlarımızdan biri çıxdı və dedi: “Xeyr, qatıq qaradır və onun ağlığı da məhz qaralığındadır”. Kərbəlayı əliqulu razı olub deyir ki, doğrudur, qatıq qaradır. Sonra bir ayrı boşboğaz çıxıb Kərbəlayı əliqulunu inandırır ki, qatıq qırmızıdır. Kərbəlayı əliqulu inanır…. Deyirlər sarıdır, inanır, yaşıldır, inanır. Qərəz, Kərbəlayı əliqulu olur bir yaş çubuq, hara əyirsən ora əyilir. Bu nədən belə olur? Nə üçün Kərbəlayı əliqulu ora-bura əyilir? Bu ondan ötrü olur ki, Kərbəlayı əliqulunun qatığın ağlığı barəsində nəzəri müəyyən, etiqadı dürüst və imanı kamil deyildir. Kərbəlayı əliqulu qatığın rəngindən bixəbərdir, odur ki, hər kəs hər nə deyir, ona qulaq asır və axırdan axıra yenə bilmir ki, qatıq nə rəngdədir. Əlbəttə, Kərbəlayı əliquludan murad ümum camaatımızdır və qatıqdan da murad camaat işlərimizdir.

Bəli, insanın gərək [....] hər bir barədə dürüst bir etiqadı olsun. Amma bəşərtiha və bəşürutiha. Etiqadı yaxşısına olsun, pis şeyə olmasın. Məsələn, deməsin ki, mənim etiqadıma görə oxuyub yazmaq haramdır və ya zərərdir. əksinə, etiqad etsin ki, elm və mərifət ən vacib şeylərin böyüyüdür və hərgah boşboğazın birisi desə ki, oxuyub yazmaq pis şeydir, cavab versin ki, xeyr, boş danışırsan. Boşboğaz kimdir?

Boşboğaz camaat işlərinə zərər vuran bir para biməni vücudlardır ki, özlərinin əllərindən heç bir şey gəlmir, bişüurdurlar,  bivecdirlər  və  bununla  belə  həsuddurlar, xain və xasirdirlər.

Sənətləri nədir?

Onu pisləmək, bunu pisləmək, bacarıqlı adamları söymək, iş görənlərə zərər yetirmək, fitnə salmaq. Camaatımızın, yəni yaxşı ilə pis barəsində dürüst etiqadı olan camaatımızın borcu odur ki, haman müzürr boşboğazları tapıb, ağızlarını açan kimi ağızlarından vursun, yol verməsin, qudurtmasın və bu yolla onların bazarını kasad edib, meydandan çıxartsın, qovsun…. Amma bunun üçün yaxşıya və yamana etiqad lazımdır ki, boşboğazların fikri haman dəm aşkar olsun….

Lit.Az

Bu gün Ağdamın işğalından 15 il ötür…
Bu gece yuxumda seni görmüşem,

Gördüm baharına qar elenibdir.

Üreyinden axan qanı görmüşem,

Gördüm xeyalın da güllelenibdir…

Meni xatırladın alayarımçıq,

Qol açıb bağrına basmaq istedin.

Seni unudana sen yazıq-yazıq,

‘Oğul, bu vaxtacan hardasan? ‘ dedin.

Qelbimi üşütdü titrek nefesin,

Varlığım qara bir derde büründü.

Bir zaman ruhuma can veren sesin,

İndi qulağımda mateme döndü…

Bölündük, qürbetin payına düşdüm,

Bağlanıb yollarım, dara bağlıyam.

Sen menim, mense can hayına düşdüm,

Men nece deyim ki, Qarabağlıyam? !

Çox şeyi unutdum o günden beri,

Amma qelbimdeki yaram sağalmır.

Gözaçıb dünyaya geldiyin yeri,

Beşikden-qebredek unutmaq olmur…

Ezelden qelbime, ruhuma çökmüş,

Qara qorxuları terk edirem men.

Vetensiz yaşamaq ölüm demekmiş,

Bunu indi-indi derk edirem men…

O senli günlerim düşürler yada,

Qemli xatireler durur qesdime.

Vetensiz ölersem bir ovucsada,

Qarabağ torpağı sepin üstüme…

Afiq_Agdami

http://uyeler.antoloji.com/afiq-agdami/