Posts Tagged ‘Azad üslub’

Mən gedirəm gələcəyə.

Author: Musa Punhan

Mən gedirəm gələcəyə,
Gələcəyi gətirməkçün!
Mən gedirəm gələcəyə,
Öz haqqımı götürməkçün!

Mən gedirəm sərhəddləri dağıtmaqçün!
Mən gedirəm bir gün geri qayıtmaqçün!

Mən gedirəm gələcəyə,
Gələcəyə gələnlərə
Yer hazırlayım.
Hərifləri sətrlərə düzə-düzə,
Fikirləri yazım, yayım.

Durun!
Gedək gələcəyə!
Düzəldək bu gələcəyi!
Gün gələcək,
Biz hamımız gerçəkliyə dönəcəyik!

O günədək gələcəyi düzəldək ki,
Gün gələndə,
Söyməsin bizi gerçəklik,
Biz keçmişə çevriləndə.

05 dec 2008
01:30

Verviers,
Belgium

Bilmirəm…

Author: Musa Punhan

Bilmirəm.
Düzələrmi bizim əyri fikirlər?
Yəqin ki, buna da zaman gərəkdir.
Təmizlənəcəkmi qəlbdəki kirlər?
Biləcəm, sinəmdə daş yox, ürəkdir.
Qara-qara düşüncələr
Ağararmı?
Ürək nəvaxtsa dincələr,
Dayanarmı?
Suallardan sabah cavab doğacaq,
Günahlardan bir gün savab doğacaq.

Məndən də nəvaxtsa insan olacaq.
Amma, nəvaxt, təəssüf ki, bilmirəm.

29/08/08  04:25
Verviers