Şairanə fikirlər.
Misc.
İnanan daşa dönsün…
Jul 22nd
Əslində başlığın mövzu ilə əlaqəsi azdır. Nəisə.
Bugün daha bir “tərif” axınından sonra, həmişəki müzakirə və suallar. “Bu ki tərif deyil, mən həqiqəti deyirəm.”, “Sevmədiyini başa düşmək olar, bəs niyə inanmırsan axı?” və s.
Əslində qəliz heçnə yoxdur. Təriflərə inanmaqdan qorxuram. Həyatda inkişaf etmək üçün, inkişaf üçün yerin olmasına inanmaq lazımdır. Qorxuram ki, təriflərə inanıb, inkişafdan əlimi üzüm. Həm də, necə deyərlər, “ağac bar verdikcə başını aşağı salar”. Bu nə sadəlik, nə də təbazökarlıqdır.
Başqa bir müşahidəm : mübarizə “xəstələri”, əslində, “şər deməsən, xeyir olmaz” prinsipi ilə yaşamalıdırlar. Bu da nə pessimizm, nə də fatalizmdir.
Bunlar sadəcə düşüncə tərzi və seçimdir. Müsbət cəhətləri olduğu kimi, mənfiləri də var, ancaq bunu bilməsəniz də olar.
Bu blog kimə və nəyə lazımdı?
Jul 12th
Axır neçə vaxtdır ki, blogların və blogçuların sayı xeyli çoxalıb. Bloglar açılır, bir-iki yazı yazılır, sonra ya yaddan çıxır, ya da bezib atırlar.
İndi maraqlıdı da… mən də birini açdım, dedim ki bu hamı üçün olacaq. Amma məqsəd nədi?
Keçən bloglarla tanış olanlar bəlkə də müəyyən dərəcədə məyus olacaqlar. Yox-yox, şerləri yazacam, düzdü hamısını yox. Şəxsi şerləri, eləcə də şəxsi fikirləri əfsus ki daha burda oxumayacaqsınız. Onun əvəzinə bəzi yeni ideyalar, daha qlobal məsələlərə toxunmağa çalışacam. Bir də ki, bu blogda yazılarım demək olar ki ancaq azərbaycanca olacaq. =)
Bismillah!
Jul 12th
Blog`u işə salmağa daha bir cəhd. İki ilə yaxın gizli yazılardan sonra, yəqin ki artıq açıq yazılara keçmək olar.
Bu dəfə daha ağır olacaq :)