Şairanə fikirlər.
Misc.
Daha bir sual
Sep 23rd
Çox maraqlıdır.
Deyirlər ki, insanlar bəzən valideynlərinin səhvlərinə görə cavab verməli, valideynlərinin günahlarına görə əzab çəkməlidirlər. Etdiyimiz hər şey bumeranqdır, əvvəl-axır qayıtmalıdırsa, nəyə görə belə gec qayıdıb uşaqlarımıza dəyməlidir? Niyə həyat bizim başımıza gətirməli bəlanı uşaqlarımızın başına gətirir?
Qarğışa görəmi? Bilmirəm. Ancaq bu müşahidəni doğurdan da tez-tez edirəm.
Doğurdan da, maraqlıdır.
2nd Verviers Jazz Festival
Sep 12th
Keçən il görə bilmədiyim festival. 12-22 sentyabr.
İngiltərədən Soft Machine, Hollandiyadan The Ultimate Cool Jazz Quartet və Belçika Jazz`ının ulduzları – David Linx və Toots Thielemans.
Ondan başqa, bizim kəndin yetirmələri – Nadine Nix, Thierry Crommen və, bir zamanlar, məktəbdə məndən 3 sinif yuxarı oxuyan Guy Cabay.
Heyif ki, konsertlərin hamısına gedə bilməyəcəm. Amma, necə deyərlər, “az olsun, Jazz olsun”.
Veten.be – let’s move, let’s change!
Sep 4th
Veten.be yeni serverə köçdü. Hazırda texniki işlər aparılır. Forum əvvəlki kimi fəaliyyətini davam edəcək. Ondan əlavə olaraq, əsas səhifənin əlavə edilməsini fikirləşirəm. Orada məqalələr, xəbərlər, rəsim qalereyasının olması planlaşdırılır.
Allah köməyimiz olsun!
…and justice for all. (1979)
Sep 2nd
İdealist vəkilin hüquq sistemindəki daşürəkliliyə qarşı mübarizəsini əks etdirir. Ümumiyyətlə “yaxşılıq” və “pislik” etməyin heçzaman qəti bir şey olmaması, iş zamanı belə insanlığın və prinsiplərin nəyin bahasına olursa olsun, unudulmaması və filmin çatdırdığı başqa dəyərlər çox xoşuma gəldi.
…və sözsüz ki, Al Paçinonun bərabəri olmayan oyunu. :)
Filmi gətirənlərə minnətdarlıq.
AvrAz.NETwork’un yaşama planları
Aug 27th
Kimin Facebook, Odnoklassniki və bu kimi digər sosial şəbəkə saytlarında qeydiyyatı yoxdur? Çoxumuz bu cür “şəbəkələşirik”.
Bu həvəsə düşüb, çoxları oxşar layihələr yaradırlar. Biz də istisna olmadıq. Avraz.NET ilk olaraq elə Social NETwork kimi fəaliyyətə başlamışdı. Sözsüz ki, bu cür layihələrin “nəhənglərə” dözməsi üçün bir sıra şərtlərə cavab vermək lazımdır.
Ona görə də, görək AvrAz.NETwork sosial şəbəkəsinin yaşaması üçün nə lazımdır?
1. Dəqiq “target group”.
Bu o deməkdir ki, cəmiyyətdə ilkin hədəfimizi müəyyənləşdirməliyik. Artıq aydındır ki, bu hələlik Avropada yaşayan azərbaycanlılardır.
2. Tələblərin müəyyənləşdirilməsi.
Hədəf müəyyənləşdikdən sonra, işin gedişini ilk zamanlarda həmin ictimai qrupun tələbləri üzərində qurulmalıdır. Bu da o qədər də asan iş deyil.
- Tapşırıq №1 – Target Group ilə Feedback yaradaraq tələbləri və arzuları müəyyənləşdirmək.
3. Hədəf qrupla bağlı məqsədlərin müəyyənləşdirilməsi
Daha sadə desək, seçilmiş qrupa nəyi çatdırmaq istədiyinizi, onları hansı məlumatla təmin edərək, hansı yöndə dəyişəcəyinizi dəqiq bilməlisiniz. Şəbəkəyə qoşularkən, dəyərlər də get-gedə ona uyğun dəyişir. Bu yaxşı olduğu kimi, çoxlu ziyan da verə bilər.
- Tapşırıq №2 – Avraz ideallarının və dəyərlərinin müəyyənləşdirilməsi.
4. Şərti personaj(lar)
İstənilən ictimai iş, insanlar üçün olunur və insanları müəyyən işə cəlb etmək üçün onlara ya ideyaları qəbul etdirmək, ya da misal və örnəklərlə izah etmək lazımdır. Sözsüz ki, ikinci variant daha asandır. Bunun üçün ən asan yol, özün üçün şərti personaj(lar)ın yaradılmasıdır.
Ancaq biz daha uzağa gedəcəyik. Biz bu personajları tək özümüz üçün deyil, həm də ictimayət üçün hazırlayacayıq. Avrazları, digər …az`lardan fərqli olaraq, daha fərqlidirlər və bir-biri ilə çox az oxşarlıqları var. Bu səbəbdəndir ki, personajların da sayı çox olacaq.
- Tapşırıq №3 – Ən azından 3 şərti personaj düşünüb, onları real həyatın problemləri, baş verənlərə öz reaksiyaları, maraqları və hətta aylıq gəlirlərinə qədər, hər şeyi nəzərə almaq.
5. Təkliflərin reallaşması üçün imkanlar
Öncəki addımlar bizə ancaq bir şeyi müəyyənləşdirməyə imkan verdi – ictimayətin tələblərini. Bunları bildikdə, bu tələblərə cavab vermək imkanları və onların nəqədər böyük olmasını müəyyənləşdirmək qalır.
Bugünlük bu qədər. :) Gələn dəfə SMO ilə məşqul olacağıq.
Mephisto?
Aug 27th

Tanış olun, fikrə dalmış Mefistofel. Qətiyyən yorulmayıb vəya əldən düşməyib. Sadəcə olaraq gördüklərinə müsbət yanaşa bilməz. İnsanların niskinliyinə qarşı olan nifrətinin əsaslı olduğunu başa düşmək, yəqin ki ağrılı olmalıdır.
(c) M. Antokovsky
Xalqın namizədi? :)
Aug 9th
Şiraslan dayı. Qurbanov. 69 yaşı var. Kepkası başında, əlinə söykənib uzağa baxır. Əslində rusların bir sözü yadıma düşür “все было бы очень забавно, если бы не было так печально”. Doğurdan da “i smex i qirex” deyillər buna ©.
Gənclərin ideya çox xoşuna gəlib ən azından. Facebook-da Şiraslan dayı üçün xüsusi səhifə açılıb. Seçke-qabağı kompaniya haqda müzakirələr gedir. Teoriyanı başa düşmək üçün gözəl modeldir.
Nəisə, deyirəm Allah özü kömək olsun.
Azad düşüncələr
Jul 30th
Həyatımızda elə insanlar var ki, özümüzün sanki “antipodudur”. Belə insanlar həyatda tək-tək olur. Əks cinsdən olanda bu daha xoşdur. Ancaq hər iki halda, onlarla gedəcəyiniz yol əvvəl-axır sonuna yetir.
Helə tanışlarımın biri dünən gecə yadıma düşdü. Bəlkə də indi onun yerini tutan insanlarla fərqini başa düşdüyümə görə.
O yoldaşımla o qədər də yola getməsək də, səbəbini bilirdik – hər ikimiz eyni dərəcədə tərs və gizli idik(bir az da qəddar). Aylarca danışmasaq belə, yaddan çıxmadığımızı; sirrdaş olmasaq da, yalan demədiyimizi; xasiyyətimiz və hisslərimiz oxşar olsa belə, dünyaya baxışımız fərqli idi. Ancaq bəzən belə yoldaşlar da lazımdı həyatda. Sözsüz nə hissləri yaşadığını başa düşsün. Həm də bu insanlardan tam həqiqəti, nə qədər acı olsa belə, eşidəcəyinə əmin olursan. Çünki bu insanlar səndəki zəiflik və qüdrəti özlərində də görürlər və bilirlər.
Bu gün Ağdamın işğalından 15 il ötür…
Jul 23rd
Bu gece yuxumda seni görmüşem,
Gördüm baharına qar elenibdir.
Üreyinden axan qanı görmüşem,
Gördüm xeyalın da güllelenibdir…
Meni xatırladın alayarımçıq,
Qol açıb bağrına basmaq istedin.
Seni unudana sen yazıq-yazıq,
‘Oğul, bu vaxtacan hardasan? ‘ dedin.
Qelbimi üşütdü titrek nefesin,
Varlığım qara bir derde büründü.
Bir zaman ruhuma can veren sesin,
İndi qulağımda mateme döndü…
Bölündük, qürbetin payına düşdüm,
Bağlanıb yollarım, dara bağlıyam.
Sen menim, mense can hayına düşdüm,
Men nece deyim ki, Qarabağlıyam? !
Çox şeyi unutdum o günden beri,
Amma qelbimdeki yaram sağalmır.
Gözaçıb dünyaya geldiyin yeri,
Beşikden-qebredek unutmaq olmur…
Ezelden qelbime, ruhuma çökmüş,
Qara qorxuları terk edirem men.
Vetensiz yaşamaq ölüm demekmiş,
Bunu indi-indi derk edirem men…
O senli günlerim düşürler yada,
Qemli xatireler durur qesdime.
Vetensiz ölersem bir ovucsada,
Qarabağ torpağı sepin üstüme…
Afiq_Agdami
http://uyeler.antoloji.com/afiq-agdami/

