Dəftəri-Pünhan

Şairanə fikirlər.

Browsing Posts in Misc.

Qar

No comments

Qar – ən gözəl təbiət hadisəsidir. Gecə, səmanın ay işığına bürünən vaxtı, göydən ağ, soyuq və narın ulduzlar yağaraq ətrafı gəlin libasına geyindirir. Yeri hələ ayaq izləri ilə korlanmamış hamar qar örtüyü qoruyur. Bu mükəmməl gözəlliyə yorulmadan tamaşa etmək olar.
Səhər isə, hər yer yenə də palçıq, çirk və insan hərəkətinin izləri ilə şikəst olunmuş hala gəlir.

Qar, Qayalar, Qəsr

No comments

Sabah səhər 3 günlük gündəlik həyatdan uzaqlaşaraq, qarlı qayaların üstündə yerləşən bir qəsrə çəkiləcəm. Yeni fikirlər, şəkillər və sətrlərin işıq üzü görməsinə ehtimal var. Vaxtıdı…

Biz

No comments

Biz dəyişəcəyik. Və ətrafımızdakılar buna heyrətlənərək bizlərə inanacaqlar.
Biz dəyişəcəyik. Və özümüzlə birgə gerçəkliyi də dəyişdirəcəyik.

Ad gunu

No comments

Hədiyyəmi aldım – qar yağır. :)

Daha bir il

No comments

Beləliklə, həyatımın daha bir ilini başa vurdum. Yekunlar, həmişəki kimi, ziddiyyətli və mürəkkəbdirlər. Nailiyyətlərlə bərabər, səhvlərin sayı da az deyil. Daha böyük planlar və istəklər, daha çox çətinlik – bu normaldır. Bu il həyatımda böyük dəyişikliklər olacaq və onlar artıq başlayıb. Nəticələrin yaxşı vəya pis olması isə özümdən asılıdır.

Özümə ağıl, səbr və dürüstlük arzu edirəm.

MSS

No comments

Update

No comments

“Şairanə fikirlər”-i update elədim. Heçkəsə göndərməyə ürəyim gəlmir. Qalsın gələn dəfəyə.

Ancaq tamamilə yaddan çıxardığım şe`rləri tapdım. Bir-ikisini yerləşdirərəm.

Reminder

No comments

Update`ə ehtiyyac var, yoxsa yazılar yenə itəcək.

Şikayətlənmək də, özü haqda durmadan danışmaq da uşaqlara, ya da qocalara (söhbət yaşdan getmir) xas olan keyfiyyətdir. Hər ikisi ətrafdakıların diqqətinə ehtiyyac duyurlar.

20 yaş nədir ki?

No comments

20 yaş, adətə görə, əlamətdar tarix olmalıdır. 20 yaşında insan enerji dolu, güclü və sabaha inamlı olmalıdır (deyilənə görə).

Nəisə..sözümün canı bunda deyil.
Uşaqlıqdan, 20 yaşlılar mənim gözümdə artıq yetişmiş, daim xarizmatik insanlar kimi görsəniblər. Halbu ki, artıq həyatımın 20-ci ilini başa vurmaq üzrə olduğum halda, nə özümün, nə də gördüyüm işin zərrə qədər də `vision`ıma uyğun gəlmədiyini başa düşürəm.

Bəlkə də başqaları elə mənim də nəvaxtsa aldandığım kimi aldanır. Bəzəkli stəkanın içini görmədikləri üçün, onun dolu olduğunu düşünür insanlar. Su ilə dolu şəffaf bir qab isə cahillərə boş kimi gəlir. Həyat doğurdan da qəribədir.

Bayramların yaxınlaşması özünü biruzə verir, çox güman ki.

Powered by WordPress Web Design by SRS Solutions © 2012 Dəftəri-Pünhan Design by SRS Solutions