Şairanə fikirlər.
Dahilərdən
Kimsəm yox mənim
Dec 16th
Ayrıldım elimdən, çıxdım qürbətə,
Ağlaram, sızlaram, kimsəm yox mənim.
Qərib deyilib düşdüm dildən dillərə,
Ağlaram, sizlaram, kimsəm yox mənim.
Gənc yaşımda tərk eylədim vətənim,
Qürbət ellər oldu mənim məskənim,
Gözü yaşlı, gözü yolda Sənəmin,
Ağlaram, sızlaram, kimsəm yox mənim.
Aşıq Qərib, yanıq-yanıq söyləsin,
Enib eşqin dəryasını boylasın,
Hər səni dünyada namlar eyləsin,
Ağlaram, sızlaram, kimsəm yox mənim.
Aşıq Qərib
(Aynura minnətdarlıq)
Ya bir olar, ya iki.
Dec 16th
İsmi pünhan,niyə məndən küsübsən?
Yaxşı yaman ya bir olar,ya iki.
Bu gün ölsəm hamı deyər yazıqdır,
Canı yanan ya bir olar,ya iki.
Sən şöləsən dörd yanında fanaram,
Bülbülünəm,gülşənondən kənaram.
Hər məclisdə od tutuban yanaram,
Dərdim qanan ya bir olar,ya iki.
Hilal qaşa nə layiqdir o sürmə,
Meylin qılıb,üzün məndə çevirmə.
Cümə deyər,hər yetənə sirr vermə,
Dost mehriban ya bir olar,ya iki.
Molla Cümə
Dostum
Aug 29th
Nəvaxtsa internetdə tapdığım bir şer. Könlümü aldı, o vaxtdan bəri əl altında saxlayıram.
Dostum
Gəl, məni dost kimi dindir, danışdır.
Dost bilsin qıraqdan camaat bizi.
Mən deyim: dostumdur, sən de: tanışdır,
Hamıdan gizlədək sevdiyimizi.
Danışaq, gülüşək, gəzək yan-yana
Onda adımıza söz də deyilməz.
Gizli görüşümüz çıxsa meydana,
Deyək ki, dost dostla görüşə bilməz?
Yalandan bir oğlan şəkili gətir,
Heç kim bilməsin ki, sevgiliyik biz.
İstəsən arada qoluma da gir,
Burda pis nə var ki , dost deyilik biz?
Zəng elə danışaq dərsdən-filandan,
Anana denən ki, bir yoldaşımdı.
Qoy hamı “dost” bilsin bizi hər zaman,
Denən ki , heç mənim sevən yaşımdı…
Bu yolla gizlədək gəl sevgimizi,
Camaat “dost” bilsin, anansa yoldaş…
“Dost”luğa bükərək həsrətimizi,
Bir azcıq sevinək gəl yavaş-yavaş.
“Dost”luqla böyüsün məhəbbətimiz,
Qoy daha olmasın həsrət, göz yaşı…
Gəl, əvvəl həyatda yoldaş olaq biz,
Sonrasa olarıq həyat yoldaşı…
Qismət.
Mefistofel və insanlar – kiçik davam
Aug 28th
Dünən İohann Höttenin Faust əsərini rusca oxumağa qərar verdim bilirəm ki bitirməyə həvəsim çatmayacaq. Sözsüz ki, fikrimi cəlb edən misralar yenə də Mefistofelin sözləri oldu:
(…)
Я расскажу, как люди бьются, маясь.
Божок вселенной, человек таков,
Каким и был он испокон веков.
Он лучше б жил чуть-чуть, не озари
Его ты божьей искрой изнутри.
Он эту искру разумом зовет
И с этой искрой скот скотом живет.
Прошу простить, но по своим приемам
Он кажется каким-то насекомым.
Полу летя, полу скача,
Он свиристит, как саранча.
О, если б он сидел в траве покоса
И во все дрязги не совал бы носа!
(…)
Господь
И это все? Опять ты за свое?
Лишь жалобы да вечное нытье?
Так на земле все для тебя не так?Мефистофель
Да, господи, там беспросветный мрак,
И человеку бедному так худо,
Что даже я щажу его покуда.
(…)
Как речь его спокойна и мягка!
Мы ладим, отношений с ним не портя,
Прекрасная черта у старика
Так человечно думать и о черте.
(…)
Мефистофель
Смерть – посетитель не ахти какой.
Фауст
Блажен, к кому она в пылу сраженья,
Увенчанная лаврами, придет,
Кого сразит средь вихря развлечений
Или в объятьях девушки найдет.
…
Üzeyir Hacıbəyov – Biz və yevropalılarin tefavutu
Aug 7th
Yevropalılar ağappaq və tərtəmiz bir libas kimidirlər. Biz də kirdən rəngi məlum olmayan mündəris bir paltar kimiyik. Odur ki, haman ağ və tərtəmiz paltarın üstə bir balaca ləkə düşəndə, o saat məlum eləyir, amma kirli paltarın üstünə min o qədər ləkə düşsün, məlum eləməz. O səbəbədəndir ki, məsələn, More >
Çingiz Aytmatov – Manqurt
Aug 7th
Ana-Beyit qəbiristanlığının öz tarixi vardı. Əvvəl-başdan rəvayət onunla başlanırdı ki, bu yerləri zəbt eləyən juanjuanlar əsir tutduqları düşmən əsgərləri ilə çox amansız rəftar eləyirmişlər. Imkanları olanda əsiri qonşu ölkələrə qul satarmışlar, bu da əsir üçün xoşbəxtlik hesab olunurmuş, çünki ümid yeri qalırdı, kim bilir, bəlkə elə bir imkanı oldu ki, qaçıb vətənə qayıtdı…
More >
Dər mənə
Jul 31st
İstər eşqin, istər dərdin bağından
Fərqi yoxdur nə dərirsən dər mənə.
İslanmışın sudan olmaz qorxusu,
Diş qıcama, ay qocaman nər mənə.
Ad da verdin el içində, hörmət də,
San da verdin, şan da verdin, şöhrət də,
Pul da verdin, var da verdin, dövlət də,
Sən Hatəmsən nələr verdin gör mənə.
Mən Bəhmənəm sınıq könlüm hörmədin,
Ah-naləmi eşitmədin, görmədin,
Qadir Allah, sevdiyimi vermədin,
İndən belə nə verirsən, ver mənə.
Jul 31st
Qaraqoyunlu Aşıq Cahad
Kimi qan ağlayır, kimi kef çəkir,
Bilmirəm, bu fələk nə həvəsdədi.
Sıyırıb qılıncı, alıb əlinə,
Məqamdı, başımı kəshakəsdədi.
Tacirəm, mətahım dünyanın qəmi,
Heç pərgar olmadı işimin cəmi.
Daima nizamdı könlümün simi,
Kərəmi kökdədi, Dilqəm üstədi.
Mən Aşıq Cahadam, dost yorğunuyam,
Ilqar qədəhinin tam dolğunuyam.
Elə vurulmuşam, el vurğunuyam,
Eldən ötrü hey qulağım səsdədi.
Sevgilər
Jul 19th
Sevgi vardir ki, dodaqlarda acar güllerini,
Sevgi vardir ki, bir az qar kimi, rüzgar kimidir.
Sevgi vardir oxudur qəlbi də bulbullərini,
Belə bir sevgi menim ruhumu oxşar kimidir.
Sevgi vardir ki, uzaqdan bize parlaq gorunur,
Ona yaxmaşlayalim cunki o zulmetle dolu.
Sevgi vardir ki, dusher yerlere daim surunur,
Oyle bir sevgi de min durlu xeyeletle dolu.
Sevgi vardir ki, bahardan bizə gullər gətirir,
Içe zəqqum ve zəhər, qoxlama, qəlbin qanayar.
Sevgi vardir uzuxoş, daxili bir qorxulu yar.
Sevgi vardir bize cox dadli əməllər gətirir,
Fəqət hepsinde qaranliq gecəler kolgəsi var.
Sevgilərde qarişiq bilməcələr kölgəsi var.
Mikayıl Müşfiq
Казбек, твой царственный шатер
Сияет вечными лучами.
Твой монастырь за облаками,
Как в небе реющий ковчег,
Парит, чуть видный, над горами.
Далекий, вожделенный брег!
Туда б, сказав прости ущелью,
Подняться к вольной вышине!
Туда б, в заоблачную келью,
В соседство Бога скрыться мне!..
А.С. Пушкин