Çayın şırıltısında, ağaclar danışırdı
Verib budaq-budağa.
Yarpaqlar qarışırdı.
Quşların cəh-cəhinə durub qulaq asarkən,
Dinləyərək susarkən,
Fikirlər qanad açıb yollandı uzaqlara.
Meşələrə, dağlara.
Onlara hər şey olar. Uzaqlara getmək də,
Savab, günah etmək də.
Səsdən də, işıqdan dan sürətlidir fikirlər.
Qoca fırtına kimi sökürlər qəsrləri,
Cavan bir gəlin kimi, heçnədən ev tikirlər.
Fikirlər xilas edib daima əsirləri,
Həm azad insanları fikirlər əsir edib.
Kiməsə təsir edib savaşa da aparar,
Zirvədə olanları yoxuşa da aparar.
Yoxsulların sonuncu xəzinəsi – fikirlər,
Dahi və ölülərin qalan səsi – fikirlər.

16:50
05/04/09

Verviers

Share and Enjoy:
  • Digg
  • del.icio.us
  • Facebook
  • Google Bookmarks
  • LinkedIn
  • Technorati
  • Twitter