about 3 months ago - No comments
Qaydaları yazdığım fayl köhnə laptopda qalıb. Düzəltdirməliyəm hökmən. Faylların itməsini istəmirəm. Üstəlik də, ordakı qaralamamda bura yazmadığım 10a yaxın qayda var idi.
Gərək düzəltdirəm.
about 7 months ago - No comments
There is only one success – to be able to spend your life in your own way.
Christopher Morley (1890 – 1957)
about 1 year ago - No comments
Məni dindirməyə çalışma,
Məni güldürməyə çalışma,
Danış, gül.
***
Məni görmək üçün, mənə baxma,
Məni eşitmək üçün, qulaq asma,
Bil ki, burdayam.
***
Məni öldürməkçün xəncər bəs deyil,
Bağrımı dəlməkçün pəncə bəs deyil,
Göz yaşın kifayətdir.
***
Nə deyirəmsə, yalandır, eşitmə.
Nə edirəmsə, səhfdir, görmə.
Demədiyimi, etmədiyimi anla.
***
İzn ver səni səmalara qaldırım,
İzn ver səni cəhənnəmə endirim,
Fəqət getmə, qaytarmayacam.
***
Qılıncımı sındırma, qalxanımı dəlmə.
Sinəmi deşməkçün nizəylə gəlmə.
Qılıncımın üstündə öl, səni dirildim.
02/07/09
22:07
about 1 year ago - No comments
about 1 year ago - No comments
Saliq üzüqırışlı qocaya diqqətlə baxdı. Gözləri uçurum kimi dərin, dərya kimi mavi idi. Yaşı üçün çox diqqətli baxışı malik olduğu böyük qüvvəyə yeganə işarə idi.
Uzun fasilədən sonra, qoca dedi:
« Sənin doğumundan uzun illər öncə, bu məkana səyyah dərviş gəlmişdi. O şəhəri dolaşaraq “Bu şəhərdə 1000 qızıla 3 müdrük kəlam almaq istəyən varmı?” deyə çağırırdı. Bütün
about 1 year ago - No comments
Yenə bayram. Yenə sonsuz zənglər, yenə təbriklər və arzular. Yenə məcburən gülümsəməli, şirin dillə cavab vermək lazımdır.
Bayramları ləğv edin. Bayramlarda sinəmdə nəyinsə sıxıldığını hiss edirəm.
about 1 year ago - No comments
A poet who reads his verse in public may have other nasty habits.
Robert Heinlein, Time Enough for Love, 1978
about 1 year ago - No comments
Bəzən, əlimizdə olan qüvvəni dərk edərkən, qisas almaq, o qüvvədən istifadə etmək imkanı çox cəlbedici olur. Bəzən qılıncı qaldıraraq tanıdığın zəif nöqtələrə dəqiq və güclü zərbə endirmək istəyirsən. Bəzən insanları incidərək onların əzab çəkdiklərini bilmək insana zövq verir.
Fəqət yox. Qılıncın ağırlığı məsuliyyət haqda xatırlatmalıdır. Bunu yadda saxlamaq lazımdır. Demək olar ki həmişə.
about 1 year ago - No comments
Başlığın əhəmiyyəti yoxdur. Yazımla birbaşa əlaqəsi də həmçinin, məncə.
Yazım yazı haqdadır. Fikrim fikir haqda. Maraqlısı da odur ki, bu o qədər də maraqlı deyil.
Yazı yazmaq kimə və nəyə lazımdır? Şer adlandırılan cızma-qaralarımın əksəriyyətindən xoşum gəlmir. Onları çap etdirmir, tanışlar arasında yaymıram. Onda nə üçün yazıram? Nəyə lazımdır bu yuxusuz gecələrdə, uzun yol gedən qatarlarda, maraqlandırmayan
about 1 year ago - No comments
Bəzən gücümüz bizi tərk edir. Nə sevinməyə, nə kədərlənməyə taqətimiz olmur.
Bəzən həssaslığımız, marağımız bizi tərk edir. İnsanların hisslərini bölüşməyi, baş verənlərə ürəkdən yanaşmağı bacarmırıq.
Sonda isə, bu haldan çıxanda, bütün toplanmış hadisələrin, hisslərin öhdəsindən birdən gəlməli oluruq.