Şairanə fikirlər.
Gecə gözəli dəli dərvişlə görüşəndə
Başlığın əhəmiyyəti yoxdur. Yazımla birbaşa əlaqəsi də həmçinin, məncə.
Yazım yazı haqdadır. Fikrim fikir haqda. Maraqlısı da odur ki, bu o qədər də maraqlı deyil.
Yazı yazmaq kimə və nəyə lazımdır? Şer adlandırılan cızma-qaralarımın əksəriyyətindən xoşum gəlmir. Onları çap etdirmir, tanışlar arasında yaymıram. Onda nə üçün yazıram? Nəyə lazımdır bu yuxusuz gecələrdə, uzun yol gedən qatarlarda, maraqlandırmayan dərslərdə arxa-arxaya düzülmüş hərflər, üst-üstə yığılmış sətrlər, ağrıdıcı biganəliklə vərəq üzərinə səpələnmiş bəndlər?
Yazı yazmaq lazımdır. Yazı yazmaq tələbatdır. Yazı yazmaq, fikir dünyaya gətirmək yaşamağa kömək edir. Güzgüdə gördüyüm dostum demişkən, “Gərək Allah olmaq istəyəsən ki, heç olmasa insan olasan”. Yazı yazmaq, fikir fikirləşmək insanı Allaha yaxınlaşdırır. Yaradıcılıq, yaratmaq qabiliyyəti Allaha xasdır. Mən isə insanları sevmirəm. Bəşəriyyəti də sevmirəm. İnsanlar zəif, cahil və miskin məxluqlardır. “Mən Allah olmaq istəyirəm, insanlardan bir şey çıxmadı.” – gəlir hərdən dəli ağlıma. Əstağfürullah, qətiyyən nəyəsə iddia etmirəm. Yaradan tək və mükəmməldir. Biz isə ancaq kamil ola bilərik.
Yazıları kim üçünsə yazmıram. Yazıların mövcudluğu onların oxunub-oxunmamağından asılı deyil. Necə ki Yaradanın varlığı ona inanların olub-olmamasından. O səbəbdəndir ki, Blog`umun reklam kompaniyasına, cızma-qaralarımın kitab cildinə düşməyə ehtiyyacı yoxdur. Adımın hardasa ucadan deyilməyini, kimliyimin açıqlanmasını istəmirəm.
Mən Pünhanam. Tanınmamışam, tanınmayacam da. Gizli dəftərlərdə fikirlərimi də, arzularımı da, hisslərimi də gizlədirəm. Düşündüyümü deməyə, dediyimi düşünməyə bilərəm. Sevdiklərimə sevdiyimi, gözlədiklərimə gözlədiyimi, darıxdıqlarıma darıxdığımı demək məcburiyyətində deyiləm. Özləri bilməlidirlər. Özləri inanmalıdırlar. Gizlədiklərimi bilməlidirlər, dediklərimə inanmalıdırlar. Dəlilsiz, sübutsuz.
Hamımız Pünhanıq. Bütün insanlar aysberq kimi öz əsas kimliyini soyuq və qaranlıq sular altında gizlədir. * Gizli hisslərini aşikar edənlər ya ağılsız, ya da zəif, kompleksli şəxslərdir. Tanınmağa ehtiyyacı olanlar, şöhrətpərəstlər, adlarının səhnələrdən çəkildiyi üçün iş görənlər cahil, xəstə, yalançıdırlar. İlk növbədə özlərini aldadırlar. İdeyalarının reallaşması üçün şöhrət kimi çirkə dözənlərdir qəhrəmanlar. Şöhrət məqsəd deyil, vasitədir.
Oxumasın kütlə yazılarımı. Fikrimə nə PR, nə reklam gərək. Deyəcəm dostuma, dostum dostuna. Beləcə dünyanı fırlanacayıq. Fikir dəyərli olarsa, onun yayılması üçün şəxsiyyət və mənliyin şöhrət və xahiş kimi çirkinliklərə qurban verilməsinə ehtiyyac yoxdur. Düzgün və dürüst fikir özü özünü yayır.
Bəlkə də mən özüm də yalan deyirəm özümə. Bəlkə də kiminsə təsadüfən oxuyacağı ümüdü ilə yazıram. Kiməsə göndərməyə utanıram axı.
* 05/04/2010 3:34 DÜZƏLİŞ: “Bəzi insanlar, aysberq kimi, kimliklərinin əsas hissəsini soyuq və qaranlıq sular altında gizlədir.”
| Print article | This entry was posted by Musa Punhan on March 13, 2009 at 01:13, and is filed under Misc., Mübarizə yolunun qaydaları, Yazılar. Follow any responses to this post through RSS 2.0. You can leave a response or trackback from your own site. |
No comments yet.
No trackbacks yet.
Qorxdum. Ağladım.
about 2 weeks ago - No comments
Sonsuz bir karanlığın içinden doğdum. Işığı gördüm, korktum. Ağladım. Zamanla ışıkta yaşamayı öğrendim. Karanlığı gördüm, korktum. Gün geldi sonsuz karanlığa uğurladım sevdiklerimi… Ağladım. Yaşamayı öğrendim. Doğumun, hayatın bitmeye başladığı an olduğunu; Aradaki bölümün, ölümden çalınan zamanlar olduğunu öğrendim. Zamanı öğrendim. Yarıştım onunla… Zamanla yarışılmayacağını, zamanla barışılacağını, zamanla öğrendim… İnsanı öğrendim. Sonra insanların içinde iyiler ve
Gece
about 2 weeks ago - No comments
Qaydalar
about 4 months ago - No comments
Mən insanam.
about 4 months ago - No comments
Mən insanam. Tənimə min can, bədənimə min ruh yaşayır. Sayılmaz qədər sonsuz kainat yerləşir bədənimdə. Mən insanam. Ziddiyyətlərlə dolu fikirlərim ümmanlara oxşayır. Torpaqda var, səmalarda vətənimdə. Mən insanam. Eyni zamanda bütün cəhətlərə baxa bilərəm. Daxilimə gedən yol, Kainatın sonsuzluğuna gedəndən daha uzundur. Mən insanam. Qaya kimi dayana, sular tək axa bilərəm. Fikirlərimdən keçən yol dağ
Müstəqillik zəmanəti
about 4 months ago - No comments
Sponsorinq planının təşkilat müstəqilliyi üçün xeyiri İstənilən təşkilatın, xüsusən də gənclər təşkilatının, maddi asılılıq riski ilə qarşılaşmasına ehtimal çoxdur. Bu səbəbdən, təşkilat ya maddiyyat tələblərinə üzvləri tərəfindən cavab verməlidir, ya da sponsorinq-partnership proqramlarını tədbiq etməlidir. Sponsorinq – təşkilatın nəinki istənilən qurumdan maddi asılılığını, həmçinin həmin qurumun təşkilat fəaliyyətinə müdaxiləsinə imkan vermir. Əgər təşkilat büdcəsinin bir
Dəli dərvişlə görüş
about 5 months ago - No comments
[...] Yolumu sonradan səhraya saldım, Qumların rəqsinə lap heyran qaldım. Gördüm ki, səhrada tənha dolanan, Dodağı çatlamış, halı pərişan Qeys gəzir. Baxdım və məəttəl qaldım. Sevgidən səhrada gizlənən Məcnun Elə bir ah nalə çəkdi ki o an, Həm mənim könlümdə, Həm də ki onun Səhra günəşinin altında donan Sevgi göz yaşları qar olub yağdı. Gözləri
Иногда мне просто хочется умереть.
about 8 months ago - No comments
Иногда мне просто хочется умереть. Умереть, чтобы не видить продложения. Не знать как всё закончилось. Не быть вынужденным принимать решения, тем самым выбирать между «сделать больно себе» и «сделать больно другому». Хочу умереть, чтоб просто сказали «он мог сделать многое», а не «он так многое мог бы сделать, но у него не получилось». Хочу, чтоб
3,5 часов
about 8 months ago - No comments
Когда человек, кому ты говоришь как тебе плохо, понимает тебя, тебе меньше кажется, что ты жалуешься на свою жизнь. Но так редко можно найти человека, который может тебя понять. И еще реже можно с этим человеком говорить. Я нашел этого человека. И мы поговорили всего один вечер. Три с половиной часа мы сидели друг напротив
Özdemir Asafı oxuduqdan sonra
about 1 year ago - No comments
Məni dindirməyə çalışma, Məni güldürməyə çalışma, Danış, gül. *** Məni görmək üçün, mənə baxma, Məni eşitmək üçün, qulaq asma, Bil ki, burdayam. *** Məni öldürməkçün xəncər bəs deyil, Bağrımı dəlməkçün pəncə bəs deyil, Göz yaşın kifayətdir. *** Nə deyirəmsə, yalandır, eşitmə. Nə edirəmsə, səhfdir, görmə. Demədiyimi, etmədiyimi anla. *** İzn ver səni səmalara qaldırım, İzn