Dəftəri-Pünhan
Qatar cızma-qaraları – 1
O səbəbdən deyirəm, dönmərik o illərə,
Ki dənizə çatmaqçün üz tutaq sahillərə.
Bizdə yağış, sizdə qar,
Dağıdılmaz divarlar,
Fərqli-fərqli diyarlar
Həbs edib canımızı.
İçirlər qanımızı
Musiqilər, kitablar.
Əzablar, iztirablar
Yaşadır ruhumuzu,
Sevirik qorxumuzu.
Gələcəkçün arzular
Dağlarda axar sular
Kimi dəryalara meyl edir.
Gecələrim meylədir.
Fikirlər, düşüncələr,
Məktublar, xatirələr…
Bəlkə könlüm dincələr.
Yağışlar gətirələr
O ellərin sorağın.
Buludlardan sorağın
Külək sədaqətini.
Gücünü, taqətini
Səfərlərə sərf edən,
Meşələri qopardan,
Uca dağlar tərpədən
Bir qüvvədir rüzigar.
Vər nə Leyla, nə Nigar,
Yalnız çöllər və dağlar,
Vardır geniş ümmanı,
Budur onun cananı.
18/01/09 20:32
Amsterdam – Brüssel qatarı.
| Print article | This entry was posted by Musa Punhan on January 19, 2009 at 01:03, and is filed under Şerlər. Follow any responses to this post through RSS 2.0. You can leave a response or trackback from your own site. |