Archive for August, 2008

Dostum

Author: Musa Punhan

Nəvaxtsa internetdə tapdığım bir şer. Könlümü aldı, o vaxtdan bəri əl altında saxlayıram.

Dostum

Gəl, məni dost kimi dindir, danışdır.
Dost bilsin qıraqdan camaat bizi.
Mən deyim: dostumdur, sən de: tanışdır,
Hamıdan gizlədək sevdiyimizi.

Danışaq, gülüşək, gəzək yan-yana
Onda adımıza söz də deyilməz.
Gizli görüşümüz çıxsa meydana,
Deyək ki, dost dostla görüşə bilməz?

Yalandan bir oğlan şəkili gətir,
Heç kim bilməsin ki, sevgiliyik biz.
İstəsən arada qoluma da gir,
Burda pis nə var ki , dost deyilik biz?

Zəng elə danışaq dərsdən-filandan,
Anana denən ki, bir yoldaşımdı.
Qoy hamı “dost” bilsin bizi hər zaman,
Denən ki , heç mənim sevən yaşımdı…

Bu yolla gizlədək gəl sevgimizi,
Camaat “dost” bilsin, anansa yoldaş…
“Dost”luğa bükərək həsrətimizi,
Bir azcıq sevinək gəl yavaş-yavaş.

“Dost”luqla böyüsün məhəbbətimiz,
Qoy daha olmasın həsrət, göz yaşı…
Gəl, əvvəl həyatda yoldaş olaq biz,
Sonrasa olarıq həyat yoldaşı…

Qismət.

Hardadır?

Author: Musa Punhan

Bilməzəm nə yoldayam, ruhi-rəvanım hardadır,
Mən kiməm, yolum nədir, axır məkanım hardadır.

Sərasər çox şəmlərə pərvanə oldum bilmədən,
Söyləyin, aşiq mənəmsə, bəs cananım hardadır?

Daima dərdlər qılıbdırsa pərişan halımı,
Bilmədim bimarlığım nə, ya dərmanım hardadır.

Düşün, çox arxayın olma özünə, ey qafil!
Soracaqsan, ayılıb bir gün, “zamanım hardadır?”

Sandım etməm dəxi meydani-məhəbbətdə xəta,
Söyləyin kim, məhəbbət nədir, meydanım hardadır?

Hər zaman mən bu xilqətə gəncimi pünhan dedim,
Öylə etdim, unutdum gənci-pünhanım hardadır.

27/08/08 3:25

Dünən İohann Höttenin Faust əsərini rusca oxumağa qərar verdim bilirəm ki bitirməyə həvəsim çatmayacaq. Sözsüz ki, fikrimi cəlb edən misralar yenə də Mefistofelin sözləri oldu:

(…)

Я расскажу, как люди бьются, маясь.
Божок вселенной, человек таков,
Каким и был он испокон веков.
Он лучше б жил чуть-чуть, не озари
Его ты божьей искрой изнутри.
Он эту искру разумом зовет
И с этой искрой скот скотом живет.
Прошу простить, но по своим приемам
Он кажется каким-то насекомым.
Полу летя, полу скача,
Он свиристит, как саранча.
О, если б он сидел в траве покоса
И во все дрязги не совал бы носа!

(…)

Господь

И это все? Опять ты за свое?
Лишь жалобы да вечное нытье?
Так на земле все для тебя не так?

Мефистофель

Да, господи, там беспросветный мрак,
И человеку бедному так худо,
Что даже я щажу его покуда.

(…)

Как речь его спокойна и мягка!
Мы ладим, отношений с ним не портя,
Прекрасная черта у старика
Так человечно думать и о черте.

(…)

Мефистофель

Смерть – посетитель не ахти какой.

Фауст

Блажен, к кому она в пылу сраженья,
Увенчанная лаврами, придет,
Кого сразит средь вихря развлечений
Или в объятьях девушки найдет.

Kimin Facebook, Odnoklassniki və bu kimi digər sosial şəbəkə saytlarında qeydiyyatı yoxdur? Çoxumuz bu cür “şəbəkələşirik”.

Bu həvəsə düşüb, çoxları oxşar layihələr yaradırlar. Biz də istisna olmadıq. Avraz.NET ilk olaraq elə Social NETwork kimi fəaliyyətə başlamışdı. Sözsüz ki, bu cür layihələrin “nəhənglərə” dözməsi üçün bir sıra şərtlərə cavab vermək lazımdır.

Ona görə də, görək AvrAz.NETwork sosial şəbəkəsinin yaşaması üçün nə lazımdır?

1. Dəqiq “target group”.
Bu o deməkdir ki, cəmiyyətdə ilkin hədəfimizi müəyyənləşdirməliyik. Artıq aydındır ki, bu hələlik Avropada yaşayan azərbaycanlılardır.

2. Tələblərin müəyyənləşdirilməsi.
Hədəf müəyyənləşdikdən sonra, işin gedişini ilk zamanlarda həmin ictimai qrupun tələbləri üzərində qurulmalıdır. Bu da o qədər də asan iş deyil.

  • Tapşırıq №1 – Target Group ilə Feedback yaradaraq tələbləri və arzuları müəyyənləşdirmək.

3. Hədəf qrupla bağlı məqsədlərin müəyyənləşdirilməsi
Daha sadə desək, seçilmiş qrupa nəyi çatdırmaq istədiyinizi, onları hansı məlumatla təmin edərək, hansı yöndə dəyişəcəyinizi dəqiq bilməlisiniz. Şəbəkəyə qoşularkən, dəyərlər də get-gedə ona uyğun dəyişir. Bu yaxşı olduğu kimi, çoxlu ziyan da verə bilər.

  • Tapşırıq №2 – Avraz ideallarının və dəyərlərinin müəyyənləşdirilməsi.

4. Şərti personaj(lar)
İstənilən ictimai iş, insanlar üçün olunur və insanları müəyyən işə cəlb etmək üçün onlara ya ideyaları qəbul etdirmək, ya da misal və örnəklərlə izah etmək lazımdır. Sözsüz ki, ikinci variant daha asandır. Bunun üçün ən asan yol, özün üçün şərti personaj(lar)ın yaradılmasıdır.
Ancaq biz daha uzağa gedəcəyik. Biz bu personajları tək özümüz üçün deyil, həm də ictimayət üçün hazırlayacayıq. Avrazları, digər …az`lardan fərqli olaraq, daha fərqlidirlər və bir-biri ilə çox az oxşarlıqları var.  Bu səbəbdəndir ki, personajların da sayı çox olacaq.

  • Tapşırıq №3 – Ən azından 3 şərti personaj düşünüb, onları real həyatın problemləri, baş verənlərə öz reaksiyaları, maraqları və hətta aylıq gəlirlərinə qədər, hər şeyi nəzərə almaq.

5. Təkliflərin reallaşması üçün imkanlar
Öncəki addımlar bizə ancaq bir şeyi müəyyənləşdirməyə imkan verdi – ictimayətin tələblərini. Bunları bildikdə, bu tələblərə cavab vermək imkanları və onların nəqədər böyük olmasını müəyyənləşdirmək qalır.

Bugünlük bu qədər. :) Gələn dəfə SMO ilə məşqul olacağıq.

AvrAz.NET nə olacaq?

Author: Musa Punhan

Beləliklə, AvrAz.NET üzərində işlər hələ də davam etməkdədir. Qismən layihənin açılışı 2009-cu ilin əvvəllərinə planlaşırılır. Tam açılış isə, 2009-cu ilin yazında olmalıdır.

İndi isə, daha ətraflı. AvrAz internet resursu hazırda “portala” çevrilməkdədir. İnternet səhifələrinin kataloqu, Televiziya və Radio izləmək imkanı, rəsim qalereyası kimi bölmələr artıq hazırdır və bu bölmələrin sayı getdikcə çoxalacaq.

Sadəcə olaraq, gördüyümüz iş, bazarda mal kimidir. Tələbat olmasa, satılmayacaq da. Onun üçün, siravi istifadəçilərin istəklərini və tələbatını bilmək də olduqca vacibdir.

Bunun üçün də, növbəti yazı …

Mephisto?

Author: Musa Punhan

Tanış olun, fikrə dalmış Mefistofel. Qətiyyən yorulmayıb vəya əldən düşməyib. Sadəcə olaraq gördüklərinə müsbət yanaşa bilməz. İnsanların niskinliyinə qarşı olan nifrətinin əsaslı olduğunu başa düşmək, yəqin ki ağrılı olmalıdır.

(c) M. Antokovsky

Daha ağıllı izahat (uruscax)

Xalqın namizədi? :)

Author: Musa Punhan

Şiraslan dayı. Qurbanov. 69 yaşı var. Kepkası başında, əlinə söykənib uzağa baxır. Əslində rusların bir sözü yadıma düşür “все было бы очень забавно, если бы не было так печально”. Doğurdan da “i smex i qirex” deyillər buna ©.

Gənclərin ideya çox xoşuna gəlib ən azından. Facebook-da Şiraslan dayı üçün xüsusi səhifə açılıb. Seçke-qabağı kompaniya haqda müzakirələr gedir. Teoriyanı başa düşmək üçün gözəl modeldir.

Nəisə, deyirəm Allah özü kömək olsun.

Yevropalılar ağappaq və tərtəmiz bir libas kimidirlər. Biz də kirdən rəngi məlum olmayan mündəris bir paltar kimiyik. Odur ki, haman ağ və tərtəmiz paltarın üstə bir balaca ləkə düşəndə, o saat məlum eləyir, amma kirli paltarın üstünə min o qədər ləkə düşsün, məlum eləməz. O səbəbədəndir ki, məsələn, (more…)

Çingiz Aytmatov – Manqurt

Author: Musa Punhan

Ana-Beyit qəbiristanlığının öz tarixi vardı. Əvvəl-başdan rəvayət onunla başlanırdı ki, bu yerləri zəbt eləyən juanjuanlar əsir tutduqları düşmən əsgərləri ilə çox amansız rəftar eləyirmişlər. Imkanları olanda əsiri qonşu ölkələrə qul satarmışlar, bu da əsir üçün xoşbəxtlik hesab olunurmuş, çünki ümid yeri qalırdı, kim bilir, bəlkə elə bir imkanı oldu ki, qaçıb vətənə qayıtdı…
(more…)

Ulduzlar

Author: Musa Punhan

Elektrik çıraqlar bizə ulduzları görməyə imkan vermirlər.