Dəftəri-Pünhan

Şairanə fikirlər.

Browsing Posts published in July, 2008

Beləliklə, Avraz.Net Forumu bitirmək üzrəyəm. Son bir həftəlik əməyimin nəticəsi. :)

Artıq son bir-neçə məqamdan sonra, forum açılışa hazır olacaq. Ancaq bu açılış hələ tez baş verməyəcək. Forumun açılışı üçün ən azından bir-neçə “avraz mərkəzi” ilə razılığımız olmalıdır. London və Benilüks gəncləri, mən belə düşünürəm, hazırdırlar. Düzdü London forumunun texniki adminindən səs gəlmir :)

Hələlik ən real mərkəzlər Hamburq, Köln və Strasburqdur. Brno(Çexiya) ilə əlaqə qura bilmədim.

Səbrimiz deyəsən doğurdan da tükənməzdir

Köçəbə

1 comment

Köç edir insanlar tarix boyunca,
Köç edir yaylağa, sonra qışlağa.
Vətənlə oynayıb, sanıb oyuncaq,
Köçür başqa yerə, yeni torpağa.
Köçürlər iynələr qoldan-qollara,
Cavanlar düşürlər başqa yollara.
Bəzən, eşqi atıb, başqa ürəyə
Köçürlər Məcnunlar qorxub ölümdən.
Yarpaq da qoparaq düşür küləyə,
Deyərək “dünyanı gedim görüm mən”.
Qızlar da köç edir Ata evindən,
Gedərək başqa bir evi qurmağa.
Halallaşıb, öpüb ana əlindən,
Gedirik düşmənə zərbə vurmağa.
Bu köçəri dünyaya çox dözmüşəm,
Keçmişəm həyatda bəmdən mən zilə,
Nəqədər köçəllər? Artıq bezmişəm,
Bir dəfəlik köçüm axır mənzilə.

08.06.08

Forumun birləşməsi ilə əlaqədar belədir fikir. Bu dəqiqə Avropada bir-neçə Azərbaycan forumu var. Caspian-Khazri, Veten.Be, Dakh.de, etc.

Bundan başqa sonsuz sayda qurum və icmalar var ki, forumları, saytları yoxdur. Avraz bu funksiyanı öz üzərinə necə götürə bilər? – Forumun bizi bu yazıda maraqlandıran bölmələri hələlik belədir:

  • Avraz şəbəkəsi
  • Avraz.net saytı
  • Avraz mərkəzləri

Elə bu üçüncü bölmədə “subforums” (el arasında, подфорум və alt forum da deyirlər) sistemi ilə təşkilat və icmalara həsr olunmuş bölmələr olacaq. Beləliklə, bütün təşkilatların forumu olur və bununla belə biz “göbələk” kimi çoxalan forumların qarşısını alırıq. Məncə bu bizə doğurdan da güclü forumumuzun olması üçün yeganə şansdır.

Ancaq, özüm də forum admını olduğuma görə, bilirəm bu addımı atmaq nəqədər çətin olacaq. Hər forumda çox vacib və ürəyimizə yaxın olan məlumatlar var. Onlarla ayrılmaq o qədər də asan deyil. Həm də üzvlər razı olmurlar. Ondan başqa, millətimiz elə millətdir ki, əməkdaşlığa qətiyyən razı deyil. Birinci olmasaq dünyanın axırı olar. Buna görə də, məni narahat edən daha bir məqam odur ki, təklikdə heç admin də olmalı deyiləm. Hər hansısa yolla, həm texniki idarə ilə məşqul olmalı, həm də hamı ilə bərabərlikdə qalmalıyam. Həssas məqamdır

Sirat Körpüsündən mahnı

“Avraz” şəbəkəsi ilə əlaqədar yaxın gələcəkdə qarşıma qoyduğum məqsədləri dəqiqləşdirməyə çalışım.

Birincisi, Avropada yerləşən “avrazların sıx yaşadığı yerlər”, bir sözlə “Avraz Mərkəzlərinin” bir hissəsini  ziyarət etmək vəya orada fəaliyyət göstərən təşkilatlarla əlaqə saxlamaq. (e.g.: London, Hamburq, Köln, Strasburq, Benilüks bizdiydi :), Çexiya(Brno, Praqa), Moskva, Türkiyə və etc.).

Hər şeydən öncə, Avropa azərbaycanlıları Avrazlıqlarını qəbul etməlidirlər :)

Ümumilikdə bütün bu təşkilat və fərdlər ideyanın mahiyyətini və bu ideyanın yayılmasının vacibliyini və faydasını dərk etməlidirlər. Avraz.net bütün Avropadakı azərbaycanlıları birləşdirəcək sayt olmalıdı. Və iş elə aparılmalıdır ki, hər kəs bu işə öz töhfəsini vermək üçün maraqlı olmalıdırlar.

Saytın hər bir bölməsi Avrazların tələblərinə cavab verməlidir. Buna görə də, hər şey interaktiv şəkildə, istifadəçi və üzvlərin fikrini öyrənərək etmək lazımdır.

Avraz.NETwork isə təşkilat olmayan, qeyri rəsmi bir şəbəkəyə çevrilməlidir. Avraz şəbəkəsi çərçivəsində bir çox sinxron liyahələr və qeyri rəsmi görüşlər təşkil etmək olar, gələcəkdə daha qlobal işlər görülə bilər, ancaq o fikirlərlə bölüşməyə hələ tezdir. Hər şeyin öz vaxtı var :)

Avraz.NETwork Forum

5 comments

Maraqlıdır, Avraz.NETwork`a forum lazımdır? Hə, üzərində işləyirəm, ancaq zəruriyyət və tələbat varmı?

Bayatı Şiraz. Kamançada.

…qədrin bil

No comments

Həyat bir ağacdır, ailən budaqlar,
Nə olsa da, hər budağın qədrin bil
Çiçəklər sevgidir, dostluq – yarpaqlar,
Gül tez solar, sən yarpağın qədrin bil.

Azər oğlu, yolun Vətən yoludur,
Düşmənlər bu yolun sağı-soludur,
Torpaq altı şəhidlərlə doludur,
Heç olmasa, o Torpağın qədrin bil.

Bir qarış torpaqdan keçməm ölüncə,
Yaşaram Vətəni vahid görüncə,
Qürbət elin şənliyində gülüncə,
Öz elində, yasda ahın qədrin bil.

Dahilər yaradıb dahi dövləti,
İstiqlala gətirdilər milləti,
Hərdən düşünərək sən o xilqəti,
Dalğalanan bu bayrağın qədrin bil.

Qərib yerin yaz-qışından sənə nə?
Gündə yağan yağışından sənə nə?
Özgəsinin yaxşısından sənə nə?
Öz pisini tutub yaxın, qədrin bil.

“Hər kimsə Vətənin cənnət bilməsə,
Axirət günündə cəzası varmış”

07.10.07
Brüsseldən qayıdarkən qatarda.

Axır neçə vaxtdır ki, blogların və blogçuların sayı xeyli çoxalıb. Bloglar açılır, bir-iki yazı yazılır, sonra ya yaddan çıxır, ya da bezib atırlar.

İndi maraqlıdı da… mən də birini açdım, dedim ki bu hamı üçün olacaq. Amma məqsəd nədi?

Keçən bloglarla tanış olanlar bəlkə də müəyyən dərəcədə məyus olacaqlar. Yox-yox, şerləri yazacam, düzdü hamısını yox. Şəxsi şerləri, eləcə də şəxsi fikirləri əfsus ki daha burda oxumayacaqsınız. Onun əvəzinə bəzi yeni ideyalar, daha qlobal məsələlərə toxunmağa çalışacam. Bir də ki, bu blogda yazılarım demək olar ki ancaq azərbaycanca olacaq. =)

Bismillah!

2 comments

Blog`u işə salmağa daha bir cəhd. İki ilə yaxın gizli yazılardan sonra, yəqin ki artıq açıq yazılara keçmək olar.

Bu dəfə daha ağır olacaq :)

Powered by WordPress Web Design by SRS Solutions © 2012 Dəftəri-Pünhan Design by SRS Solutions