Dəftəri-Pünhan
Dər mənə
İstər eşqin, istər dərdin bağından
Fərqi yoxdur nə dərirsən dər mənə.
İslanmışın sudan olmaz qorxusu,
Diş qıcama, ay qocaman nər mənə.
Ad da verdin el içində, hörmət də,
San da verdin, şan da verdin, şöhrət də,
Pul da verdin, var da verdin, dövlət də,
Sən Hatəmsən nələr verdin gör mənə.
Mən Bəhmənəm sınıq könlüm hörmədin,
Ah-naləmi eşitmədin, görmədin,
Qadir Allah, sevdiyimi vermədin,
İndən belə nə verirsən, ver mənə.
| Print article | This entry was posted by Musa Punhan on July 31, 2008 at 03:58, and is filed under Dahilərdən. Follow any responses to this post through RSS 2.0. You can leave a response or trackback from your own site. |
