Dəftəri-Pünhan
Avraz.NETwork Forum
Maraqlıdır, Avraz.NETwork`a forum lazımdır? Hə, üzərində işləyirəm, ancaq zəruriyyət və tələbat varmı?
| Print article | This entry was posted by Musa Punhan on July 14, 2008 at 03:03, and is filed under Avraz.NETwork. Follow any responses to this post through RSS 2.0. You can leave a response or trackback from your own site. |
No trackbacks yet.
Gecə gözəli dəli dərvişlə görüşəndə
about 1 year ago - No comments
Başlığın əhəmiyyəti yoxdur. Yazımla birbaşa əlaqəsi də həmçinin, məncə.
Yazım yazı haqdadır. Fikrim fikir haqda. Maraqlısı da odur ki, bu o qədər də maraqlı deyil.
Yazı yazmaq kimə və nəyə lazımdır? Şer adlandırılan cızma-qaralarımın əksəriyyətindən xoşum gəlmir. Onları çap etdirmir, tanışlar arasında yaymıram. Onda nə üçün yazıram? Nəyə lazımdır bu yuxusuz gecələrdə, uzun yol gedən qatarlarda, maraqlandırmayan
Peyğəmbərlər kimdir?
about 1 year ago - 1 comment
Bayram günü vaxt tapıb yemək yeməyə aşağı düşmüşdüm. Orda ikən, 10 dəqiqəlik televizora da baxdım. Həzrəti-İbrahimin həyatı haqda veriliş verirdilər. Bu məqamda iki fikir gəldi ağlıma. Biri ilə bölüşmək istəyirəm.
Gəlin əsas peyğəmbərlərimizə nəzər yetirək.
Həzrəti-İbrahim bütpərəstliyə qarşı mübarizə aparırdı. Monoteist imanı gətirərək, din aləmində inqilab etdi.
Həzrəti-Musa xalqını Misir fironlarından xilas etməklə inqilab etdi.
Həzrəti-İsa yahudi cəmiyyətinin köhnəlmiş
Daha bir sual
about 1 year ago - No comments
Çox maraqlıdır.
Deyirlər ki, insanlar bəzən valideynlərinin səhvlərinə görə cavab verməli, valideynlərinin günahlarına görə əzab çəkməlidirlər. Etdiyimiz hər şey bumeranqdır, əvvəl-axır qayıtmalıdırsa, nəyə görə belə gec qayıdıb uşaqlarımıza dəyməlidir? Niyə həyat bizim başımıza gətirməli bəlanı uşaqlarımızın başına gətirir?
Qarğışa görəmi? Bilmirəm. Ancaq bu müşahidəni doğurdan da tez-tez edirəm.
Doğurdan da, maraqlıdır.
Bilmirəm…
about 1 year ago - 1 comment
Bilmirəm.
Düzələrmi bizim əyri fikirlər?
Yəqin ki, buna da zaman gərəkdir.
Təmizlənəcəkmi qəlbdəki kirlər?
Biləcəm, sinəmdə daş yox, ürəkdir.
Qara-qara düşüncələr
Ağararmı?
Ürək nəvaxtsa dincələr,
Dayanarmı?
Suallardan sabah cavab doğacaq,
Günahlardan bir gün savab doğacaq.
Məndən də nəvaxtsa insan olacaq.
Amma, nəvaxt, təəssüf ki, bilmirəm.
29/08/08 04:25
Verviers
Veten.be – let’s move, let’s change!
about 1 year ago - No comments
Veten.be yeni serverə köçdü. Hazırda texniki işlər aparılır. Forum əvvəlki kimi fəaliyyətini davam edəcək. Ondan əlavə olaraq, əsas səhifənin əlavə edilməsini fikirləşirəm. Orada məqalələr, xəbərlər, rəsim qalereyasının olması planlaşdırılır.
Allah köməyimiz olsun!
Hardadır?
about 1 year ago - No comments
Bilməzəm nə yoldayam, ruhi-rəvanım hardadır,
Mən kiməm, yolum nədir, axır məkanım hardadır.
Sərasər çox şəmlərə pərvanə oldum bilmədən,
Söyləyin, aşiq mənəmsə, bəs cananım hardadır?
Daima dərdlər qılıbdırsa pərişan halımı,
Bilmədim bimarlığım nə, ya dərmanım hardadır.
Düşün, çox arxayın olma özünə, ey qafil!
Soracaqsan, ayılıb bir gün, “zamanım hardadır?”
Sandım etməm dəxi meydani-məhəbbətdə xəta,
Söyləyin kim, məhəbbət nədir, meydanım hardadır?
Hər zaman mən bu xilqətə gəncimi
Avraz.net – Avropa səhifələri
about 2 years ago - No comments
Avrazların sıx yaşadığı yerləri və Avraz təşkilatlarını veb səhifəsi ilə təmin etmək üçün belə bir tədbir görmək olar.
Biz istəyən Avrazlara və təşkilat/qurumlara bizdə olan hosting yerini veririk və saytın yaradılmasına köməklik edirik. Ancaq domain adı alınır. Bunun əvəzində, həmin saytlarda “forum” linki Avraz.NET/Forum`a, onlar üçün yaradılmış bölməyə aparır.
İnanan daşa dönsün…
about 2 years ago - No comments
Əslində başlığın mövzu ilə əlaqəsi azdır. Nəisə.
Bugün daha bir “tərif” axınından sonra, həmişəki müzakirə və suallar. “Bu ki tərif deyil, mən həqiqəti deyirəm.”, “Sevmədiyini başa düşmək olar, bəs niyə inanmırsan axı?” və s.
Əslində qəliz heçnə yoxdur. Təriflərə inanmaqdan qorxuram. Həyatda inkişaf etmək üçün, inkişaf üçün yerin olmasına inanmaq lazımdır. Qorxuram ki, təriflərə inanıb, inkişafdan əlimi
Qarışıq aləm
about 2 years ago - No comments
Nəvaxtsa biləcəm nədən insanlar
Bu qədər zəifdir, bu qədər miskin.
Kimlərdir adam yox, insan olanlar,
Hardan qəlbdə şübhə, fikirdəsə kin.
Nə üçün insanlar alçaqlıq edir?
Nə üçün unudub bəs qeyrətini?
Nədəndir, kiməsə yaltaqlıq edir,
Taptalayib o öz şəxsiyyətini?
Kimdir dirəyimiz pis günümüzdə?
Dostlarmı, sevgilim, ya ailəmmidir?
Yəqin ki, hamısı. Amma bilmirəm,
Sual verən mənəm, ya aləmmidir?
Sərməst də deyiləm dərk etməməkçün
Kainat nə, bəşər nə, ya dünya nədir?
Həm
Avraz.NETwork/Forum – Az qalıb!
about 2 years ago - No comments
Beləliklə, Avraz.Net Forumu bitirmək üzrəyəm. Son bir həftəlik əməyimin nəticəsi. :)
Artıq son bir-neçə məqamdan sonra, forum açılışa hazır olacaq. Ancaq bu açılış hələ tez baş verməyəcək. Forumun açılışı üçün ən azından bir-neçə “avraz mərkəzi” ilə razılığımız olmalıdır. London və Benilüks gəncləri, mən belə düşünürəm, hazırdırlar. Düzdü London forumunun texniki adminindən səs gəlmir :)
Hələlik ən real
about 2 years ago
forumu achmaq cetin mesele deyil, ama indi avrazin indi eger 33 uzvu varsa, buna ne forum? kim yazacaq forumda? ele 33 nefer? (eger forum avraza acilirsa) ama bilmek olmaz, ola biler ki forum achilandan sora belke forumun userleri avraza da qosuldu, avraz da belece genislendi… her halda isinizde ugurlar.
about 2 years ago
Mence umumiyyetle, virtual alem genclerin sebekelesmesi ucun evezolunmaz ehemiyyet daisyir. Xususen de internet forumlar bu istiqamet de muhum rol oynayir. Genclerimiz neqeder bu forumlara celb olunub muxtelif movzular etrafinda muizakireleri heyata kecirerse, bu cox faydali olar. Sadece bol-bol ugurlar arzulaya bilerem.
Ancaq bele bir sual da vermek isteyirem. Munha sence ele bir sey eleye bilerikmi, butun bu forumlarimizi eslinde birlesdiri Avropadaki Azerbaycanli gencler ucun neheng bir internet forumu quraq? mence bu daha genis miqyasli olardi ve faydasi da daha cox olardi. menim web texnalogiyadan veya IP alemden basim cixmadigi ucun belke de biraz savafdsiz cule isletdim, ancaq bele bir seyi heyata kecire bilsek mence cox yaxsi oar. ne fikirlesirsen?
about 2 years ago
Vusal, əslində plan da elə budur. Avraz ümumavropa layihəsi olmalıdır. Sadəcə bunun üçün bir sıra işlər də görülməlidir. Növbəti yazımda daha ətraflı izah edəcəm fikrimi.
about 2 years ago
super Musa. bunu bir muzakire eleyek isteyirsen qardas. menim oyrenmek istediyim bezi seyler var, meselen forumlardaki memberlerin transferi kimi meseler ve s. Umumiyyetle birgun zeng eleyim muzakire eleyek.
about 2 years ago
Əlbətdə, Vüsal. Mən ümumiyyətlə istəyirəm yahoogroup açılsın, bütün “key person”larla birgə orada müzakirə edək hər şeyi.